Telman Quliyev

Telman Nəsrulla oğlu QuliyevQax rayonu icra hakimiyyətinin başçısı (2009–2010).

Telman Quliyev
Telman Nəsrulla oğlu Quliyev
bayraq
Qax Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2009 2010
ƏvvəlkiMübariz Əhmədzadə
SonrakıMusa Şəkiliyev
Şəxsi məlumatlar
Doğum yeri

Həyatı

Telman Nəsirulla oğlu Quliyev 23 fevral 1953-cü ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1953-cü ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Əmək fəaliyyətinə 1970-ci ildə "Şərq qapısı" qəzetində başlamış, 1983-cü ilədək orada korrektor, müxbir və tərcüməçi vəzifələrində işləmişdir. 1984-cü ildən 1996-cı ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Teleradio Verilişləri Komitəsində kiçik redaktor vəzifəsindən baş redaktor vəzifəsinədək yüksəlmişdir.

1996–2005-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin baş referenti kimi çalışmış, 2005–2008-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radio verilişləri departamentinin direktoru, 2008–2010-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müşavir vəzifələrində işləmiş, 2011-ci ildə Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.

1990–1995-ci ilərdə Telman Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 nömrəli Naxçıvan şəhər Xətai seçki dairəsindən bitərəf deputatı olmuş, Azərbayca SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

2009–2010-cu illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Hal-hazırda Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.

Ailəlidir, 3 övladı var.

Mənbə

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.