Telman Kazımov
Telman Məmməd oğlu Kazımov (9 fevral 1937, Lənkəran – 31 oktyabr 2016) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988), Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi (1976–1982), Azərbaycan SSR əməkdar inşaatçısı.
Telman Kazımov | |
---|---|
Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri | |
12 aprel 1982 – 24 oktyabr 1988 | |
Əvvəlki | özü (idarə nazirliyə çevrilib) |
Sonrakı | nazirlik ləğv edilib |
Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi | |
16 iyun 1976 – 12 aprel 1982 | |
Əvvəlki | Nəriman İsayev |
Sonrakı | özü (idarə nazirliyə çevrilib) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 fevral 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 2016 (79 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | mühəndis-konstruktor, dövlət xadimi |
|
|
Təltifləri |
|
Həyatı
Telman Məmməd oğlu Kazımov 9 fevral 1937-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə buradakı 4 nömrəli orta məktəbi bitirmiş, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində "İstilik-qaz təchizatı və ventilyasiyası" ixtisası üzrə təhsil almışdır.[1] İnstitutda kafedra assistenti olmuşdur.[2]
Əmək fəaliyyətinə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin Rostov şəhərindəki "Qavsantexquraşdırma" trestinin Bakı Quraşdırma İdarəsində usta vəzifəsində başlayan Telman Kazımov 1962–1966-cı illərdə Bakı Quraşdırma İdarəsində istehsalat şöbəsinin müdiri olmuş, Abşeron Mexanikləşdirilmiş Səyyar Dəstəsində rəis işləmişdir. 1966–1972-ci illərdə isə Bakı "Santexquraşdırma" idarəsinin rəisi vəzifəsində çalışmışdır.[3]
Telman Kazımov 1972–1976-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini, 1976–1982-ci illərdə isə idarənin rəisi olmuşdur. 1982-ci ildə bu idarənin bazasında Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi yaradılmış və o, nazir vəzifəsinə təyin edilmişdir.[4] 1988-ci ildə nazirlik ləğv edildikdən sonra Telman Kazımov SSRİ Quraşdırma və "Azərquraşdırmaxüsusitikinti" ərazi tikinti-quraşdırma birliyinin rəisi və "Azərquraşdırmaxüsusitikinti" istehsalat tikinti-quraşdırma birliyinin rəisi olmuşdur. 1991-ci ildən "AzQUR" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.[1]
Telman Kazımov Azərbaycan 1963-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin 9 və 10-cu çağırış deputatı olmuşdur.[5] "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri və "Rəşadətli əməyə görə" medalı ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adına layiq görülmüşdür. O, 1997-ci ildən Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü olmuşdur.[1]
Telman Kazımov 2016-cı ildə vəfat etmişdir.[6]
İstinadlar
- Казымов Телман Мәммәд оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 258–259. ISBN 5-89600-253-x.
- Казымов Телман Мәммәд оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 213.
- Nuriyev, E; Allahverdiyev, Z. Telman Məmməd oğlu Kazımov // Azərbaycanın inkişafında tikinti kompleksinin rolu. Bakı: Şərq-Qərb. 2011. S. 105–110.
- İbrahimov, B.; Allahverdiyev, Z. Kazımov Telman Məmməd oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 198–201. 400 tiraj.
- Казымов Телман Мәммәд оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 208.
- Öz dəsti-xətti ilə seçilən xadim, böyük alim // "Report" İnformasiya Agentliyi. 21 noyabr 2016. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
Xarici keçidlər
- Fədakarlığın zirvəsi — Telman Kazımov
- Güclü rəhbər, böyük alim: Telman Kazımov // Azad Azərbaycan. 25 noyabr 2016. S. 7. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
- Ulu öndər Heydər Əliyev fəaliyyətinin ilk günündən etibarən Azərbaycanı dəyişdirməyə, inkişaf etdirməyə başladı // Yeni Azərbaycan. 19 yanvar 2010. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.