Telman Cəfərov (filoloq)

Cəfərov Telman Həmzağa oğlu — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, Rus ədəbiyyatı kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi.

Telman Cəfərov (Vəlixanlı)
Telman Həmzağa oğlu Cəfərov
Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Vəlixanlı, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Dini İslam
Elmi fəaliyyəti
Tanınır avrasiyaşünas, türkoloq, tərcüməçi, naşir

Təltifləri "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı  — 2015

Həyatı

Cəfərov (Vəlixanlı) Telman Həmzağa oğlu 1963-cü ilin 22 iyul tarixində Yardımlı rayonunun Vəlixanlı kəndində anadan olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1985-1988-ci illərdə doğma kəndində rus dili və ədəbiyyat müəllimi kimi çalışmış və 1988-ci ildə Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına APRDƏİ) əyani aspiranturasına daxil olmuşdur. Aspirantura müddətində ordu sıralarında xidmət etmiş və 1992-ci ildə «M.Y.Lermontovun nəsri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində» adlı namizədlik dissertasiyası müdafiə etmişdir.

2004-cü ildə isə «Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülmüşdür. 1992-ci ildə Bakı Slavyan Universitetinin (BSU) rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında laborant vəzifəsinə qəbul edilən Telman Cəfərov (Vəlixanlı) hazırda həmin kafedranın professorudur. 2008-ci ildə professor elmi adını almışdır. Elmi və yaradıcı fəaliyyətlə yanaşı, o, 1996-2014-cü illərdə BSU nəzdində Məktəb-lisey Kompleksinin (əvvəlki adları: "Turan"  liseyi; BSU Humanitar liseyi) direktoru kimi çalışmışdır. 2014-cü ilin aprel ayında Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru təyin edilmişdir.

Filologiya elmləri doktoru, professor Telman Cəfərov (Vəlixanlı) 1993-cü ildə yaradılmış «Mütərcim» Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir. O, 1996-cı ildə elmi, ədəbi-bədii və tərcümə jurnalı kimi fəaliyyətə başlamış və hazırda Azərbaycan Yazıçılar Birliyi və Bakı Slavyan Universitetinin həmtəsisçiliyi ilə buraxılan «Mütərcim» dərgisinin baş redaktoru və naşiridir. Müstəqil Azərbaycanda nəşr və tərcümə işinin inkişafına xidmət göstərən ziyalılarımızdandır. Onun təşəbbüsü ilə təsis və təşkil olunmuş "Turan"  liseyi ölkəmizdə fəaliyyətə başlamış ilk yeni tipli orta ümumtəhsil müəssisələrindən biri idi.

2016-cı ildə "Əməkdar müəllim" Fəxri adına layiq görülmüşdür.

Fəaliyyəti və elmi maraq dairəsi

Ədəbiyyat tarixi, ədəbi əlaqələr və tərcüməşünaslığın problemlərindən bəhs edən 250-dən artıq elmi məqalənin, 30-dan çox monoqrafiya, dərslik, tədris vəsaiti, tərcümə kitablarının müəllifi və tərtibçisi kimi tanınan T. Cəfərov (Vəlixanlı) rus ədəbiyyatının Azərbaycanda tanınması və doğma ədəbiyyatımızın xaricdə təbliği istiqamətində mühüm işlər görür. Xaricdə keçirilmiş onlarla beynəlxalq konfrans, simpozium və seminar-treninqlərin fəal iştirakçısı olmuşdur. Qədim rus ədəbiyyatı, Azərbaycan və rus ədəbiyyatı tarixinə həsr olunmuş məqalələri xarici mətbuatda mütəmadi nəşr edilir. Ədəbiyyatımızın təbliği və Azərbaycandakı müasir ədəbi prosesin mənzərəsinin canlandırılması ilə bağlı Moskvada nəşr olunan «Literaturnaya qazeta» ilə ədəbiyyatşünas-alimin 2009-2013-cü illər ərzində davamlı əməkdaşlığı xüsusi əhəmiyyət kəsb etmişdir. Bu əməkdaşlığın bəhrəsi olaraq 2014-cü ildə onun rəhbərliyi altında ikicildlik "Hoveyşaya azerbaydjanskaya literatura" antologiyası rus dilində, ikicildlik "Ən yeni rus ədəbiyyatı" antologiyası isə Azərbaycan dilində nəşr edilmiş, onun müəllifi olduğu ən yeni ədəbiyyatımız barəsində fəsil Almatıda işıq üzü görmüş "Noveyşaya zarubejnaya literatura" kollektiv monoqrafiyasında (2011) yer almışdır.

Professor T. Cəfərov (Vəlixanlı) təlim rus dilində aparılan Azərbaycan məktəbləri üçün yeni məzmunlu “Ədəbiyyat” proqramları və dərsliklərinin yaradılmasında fəal iştirak edərək, rus bölməsi şagirdlərinin doğma ədəbiyyatımızı adekvat şəkildə öyrənmələri, tələbələr üçün rus ədəbiyyatı tarixinə dair müasir dərslik vəsaitlərinin yaradılması istiqamətində də mühüm işlər görür. Onun rəhbərliyi altında müəllif qrupu Təhsil Nazirliyinin sifarişi ilə 5, 7, 8 və 11-ci siniflər üçün “Ədəbiyyat” dərsliklərini hazırlamışdır (2006-2014-cü illər; 5-ci sinif üçün pilot dərslik komplekti, 2017-cı il).

Telman Cəfərovun (Vəlixanlının) rus ədəbiyyatı tarixinə və türk-slavyan ədəbi-mədəni əlaqələrinə həsr edilmiş monoqrafiyaları və iri həcmli məqalələri təkcə Azərbaycanda deyil, həm də Rusiya, Türkiyə, Almaniya, Qazaxıstan, Bolqarıstan, Belarus, Qırğızstan və s. ölkələrdə işıq üzü görmüşdür. Dahi rus yazıçısı F.M.Dostoyevskinin «Karamazov qardaşları» romanını ilk dəfə Azərbaycan dilinə çevirməklə T. Cəfərov (Vəlixanlı), şübhəsiz ki, tərcümə sənətimizi əhəmiyyətli şəkildə zənginləşdirə bilmişdir. Qeyd olunan tərcüməyə görə T.Vəlixanlı Azərbaycan Yazıçılar Birliyinin Tofiq Bayram adına bədii tərcümə mükafatına, Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutu və «Rus aləmi» fondunun təsis etdiyi Beynəlxalq tərcümə mükafatına və Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülmüşüdür. İdeoloji və dini maneələr üzündən sovetlər dönəmində dahi rus yazıçısı L.N.Tolstoyun dilimizə çevrilməmiş hekayələrini tərcümə edərək, kitab şəklində buraxdırmışdır.

Elmi-filoloji tərcümələri içərisində rus avrasiyaçı-alimlər N.Trubeskoy, P.Saviski, E.Xara-Davan, L.N.Qumilyov və başqalarından tərcümələri, rus və Azərbaycan ədəbiyyatlarında avrasiyaçılıq ideyaları istiqamətində araşdırmaları “Avrasiyaçılıq ideyaları müasırlik prizmasında” (2010) və "Avrasiyaçılıq ideyalarına Azərbaycandan baxış" kitablarında toplanmışdır. Çoxəsrlik slavyan-türk əlaqələrindən və qədim rus mənbələrində türk elementlərindən bəhs edən “XV.-XVII. Yüzyıl Rus Edebiyyatında Türkler” kitabı Beynəlxalq Türksoy mükafatına təqdim edilmiş və 2010-cu ildə Ankarada Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən nəşr olunmuşdur. 2013-cü ildə Bakıda nəşr olunmuş “Drevnyaya Rus i tyurki v literaturnıx pamyatnikax XII-XVII vekov” kitabı elə həmin il Həştərxan Dövlət Universiteti tərəfindən də nəşr edilmişdir.

Təhsil sahəsində layihələri

Test sistemi ilə ali məktəblərə qəbulun aparılması ilə bağlı 1993-cü ildə Bakıda təşkil olunmuş ilk tədris mərkəzlərindən birinin təşkilatçısı olan T.Cəfərov hazırda da məktəbəqədər yaşlı, məktəb yaşlı və gənclərin əlavə təhsil tədbirlərinə cəlb olunması istiqamətində layihələrin icrasının tərəfdarı kimi çıxış edir. Onun təşəbbüsü ilə çoxprofilli "Lead Education" Tədris və innovasiya mərkəzi (2018), bilinqval "Savalan" Uşaq bağçası (Uşaq akademiyası), 2019 fəaliyyətə başlayıb. Son illərə aid məqalə və çıxışlarında Azərbaycanın, xüsusilə də Bakı şəhərinin orta məktəblərində, bilinqval və polilinqval təhsil modellərinin tətbiqi ilə bağlı konkret təkliflər verir və bunun təhsilimizin inkişafına əhəmiyyətli təsirini vurğulayır. Son illər ərzində onun rəhbərliyi altında reallaşmış bir sıra qrant layihələri də təhsilin inkişafı ilə bağlı olub. 2014-2018-ci illərdə "Russkiy mir" Fondunun maliyyə dəstəyi ilə Azərbaycanda MAPRYAL, Zlatoust, Rus humanitar missiyası və s. təşkilatlarla müştərək icra olunan layihələr regionda rus dilinin, rus dilində təlimin elmi-metodiki təminatına xidmət edib. Təhsil Nazirliyinin "Təlim rus dilində aparılan məktəb və siniflərdə çalışan fənn müəllimləri üçün ixtisasartırma tədbirləri" qrant layihəsi (2018) də bu silsilədən olan tədbirlərə aiddir.

Monoqrafiyaları, dərslikləri, tədris vəsaitləri, tərcümə kitabları və tərtib etdiyi nəşrlər

Azərbaycan dilində

1. Məktəblinin ədəbiyyat lüğəti. Bakı: «Ayna» Mətbu Evi, 2007, 220 s. (həmmüəllif).

2. Məktəblinin lüğəti (elektron versiyası ilə). Bakı: «Ayna» Mətbu Evi, 2008, 608 s. (həmmüəllif).

3. Rus ədəbiyyatı antologiyası. 2 cilddə. 1-ci və 2-ci cild. Bakı: Avrasiya Press, 2007, tərtibçi və ön sözün müəllifi (R.Kamal və Ü.Rəhimoğlu ilə birgə). 1-ci c. - 232 s., 2-ci cild 408 s.

4. Qədim rus ədəbiyyatı. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Mütərcim, 2008, 112 s.

5. Məktəblinin lüğəti (elektron versiyası ilə). Bakı: «Ayna» Mətbu Evi, 2008, 608 s. (həmmüəllif). XV.-XVII. Yüzyıl Rus Edebiyyatında Türkler. Ankara, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, 2010. 128 s., res. 24 s.

6. F.M.Dostoyevski. Karamazov qardaşları. Roman. 2 cilddə. Rus dilindən tərcümənin, müqəddimə və qeydlərin müəllifi. Bakı: Mütərcim, 2010, 1-ci cild 548, s., 2-ci cild 400 s.

8. Avrasiyaçılıq ideyaları müasirlik prizmasında, Bakı, 2010, 196 s.

9. Rus şeir antologiyası, Bakı, Şərq-Qərb, 2011 (Ön sözün müəllifi və tərtibçi)

10. Tolstoy L.N. Hekayələr. Tərcümə və ön sözün müəllifi. Bakı: Mütərcim, 2012, 76 s.

11. Rus nəsr antologiyası. Bakı: Şərq-Qərb, 2013 (tərtibçi, R.Kamalla birgə).

12. Əlli yaşın işığında, Bakı, Mütərcim, 2013.

13. Ən yeni rus ədəbiyyatı. Antologiya. 2 cilddə. 1-ci cild: Nəsr. Bakı, Mütərcim, 2014, 296 səh.

14. Ən yeni rus ədəbiyyatı. Antologiya. 2 cilddə. 2-ci cild: Poeziya. Bakı, Mütərcim, 2014, 212 səh.

15. Avrasiyaçılıq ideyalarına Azərbaycandan baxış, Bakı, Mütərcim, 2019, 208 s.

16. Avrasiyaçılıq ideyalarına Azərbaycandan baxış. Məqalə və tərcümələr. Bakı, Mütərcim, 2019, 208 s.

17. Rus ədəbiyyatı tarixi. I hissə. Qədim və XVIII əsr rus ədəbiyyat (ədəbi nümunələrin tərcüməsi ilə), Bakı, Mütərcim, 2020, 616 səh.

Rus dilində

1. Программа для поступающих в вузы. Русский язык и литература, Баку, Гос. ком. по приему студентов, 1994 (в соавторстве с Л.Векиловой и И.Джарчиевой).

2. Проза М.Ю.Лермонтова в азербайджанском литературоведении и переводах. Баку, Мутарджим, 1995, 116 стр.

3. Библиографический указатель трудов проф.М.З.Садыхова. Баку, 1994, 16 стр.

4. М.Ю.Лермонтов.Очерк творчества. Баку,Азер. гос. кн. Палата, 1997, 64 стр.

5. Русская литература I половины XIX века, Баку, Мутарджим, 1999 (автор главы).

6. Тайны серебряного века. Составитель и автор статей Тельман Велиханлы, переводчик Камал Абдулла, Баку, Мутарджим, 2002.

7. Древняя Русь и тюрки: в летописях, воинских и исторических повестях. Баку, Издательско-полиграфическое объединение «Azərbaycan Milli Ensiklopediyası», 2002, 256 стр

8. Тюркские элементы в русской литературе XV-XVII веков. Баку, Мутарджим, 2002, 136 стр.

9. Тюркские элементы в русской литературе XV-XVII веков. Москва, Издательство «ИКАР», 2003, 100 s.

10. Славяно-тюркские связи в литературе Древней Руси. Баку, Изд-во Бакинского славянского университета «Kitab alemi», 2003, 288 стр.

11. Сборник контрольных работ по русскому языку и литературе для 2-11 классов азербайджанской школы, Баку, Мутарджим, 2003, 112 стр. (в соавторстве с М.Гиясбейли).

12. Программа по литературе для 5-11 классов азербайджанских школ с русским языком обучения. Баку, Ковсар, 2006, 32 стр. (в соавторстве)

13. Литература. Учебник для 7-го класса азербайджанских школ с русским языком обучения. Баку, XXI YNE, 2006, 224 стр., (в соавторстве с И.Джарчиевой и Р.Исаевой)

14. Литература. Учебник для 8-го класса азербайджанских школ с русским языком обучения. Баку, XXI YNE, 2006, 224 стр., (в соавторстве с А.Гаджиевым, И.Джарчиевой и Р.Исаевой)

15. Литература. Учебник для 11-го класса азербайджанских школ с русским языком обучения. Баку, XXI YNE, 2009, 176 стр., (в соавторстве с И.Джарчиевой и Х.Мурсалиевой)

16. Литература. Учебник для 7-го класса азербайджанских школ с русским языком обучения. Баку, XXI YNE, 2011, 2-e изд.., 208 стр. (в соавторстве с И.Джарчиевой и Р.Исаевой)

17. Новейшая зарубежная литература. Алматы, Институт литературы и искусства им. М.Ауэзова, 2011, с. 527-557 (коллективная монография)

18. Литература. Учебник для 8-го класса азербайджанских школ с русским языком обучения. Баку, YNE, 2-e изд., 2012, 208 стр. (в соавторстве с А.Гаджиевым, И.Джарчиевой и Р.Исаевой)

19. Древняя Русь и тюрки в литературных памятниках XII-XVII веков. Баку, Мутарджим, 2013, 344 стр.

20. Древняя Русь и тюрки в литературных памятниках XII-XVII веков. Астрахань, Издательство «Астраханский университет», 2013, 288 с.

21. Рецепция прозы М.Ю.Лермонтова в Азербайджане, Баку, Мутарджим, 2015, 216 стр.

22. Литература. 5 класс. Учебник для общеобразовательных школ с русским языком обучения, Баку, Асполиграф, 2016, 208 стр. (в соавторстве)

23. Литература. 5 класс. Методическое пособие для учителя, Баку, Асполиграф, 2016, 192 стр. (в соавторстве)

24. В стране русского языка. Русский язык как иностранный. Начальный курс. Баку, МТМ-Innovation, 2017, 252 стр.

25. Литература. 5 класс. Учебник для общеобразовательных школ с русским языком обучения, Баку, Şərq-Qərb, 2020, 208 стр. (в соавторстве)

26. Литература. 5 класс. Методическое пособие для учителя, Баку, 2020, 192 стр. (в соавторстве)

27. Русский как иностранный. Учебное пособие. I класс. Москва, Русское слово, 2020, в соавторстве с доц. М.А.Киясбейли

28. Русский как иностранный. Учебное пособие. II класс. Москва, Русское слово, 2020, в соавторстве с доц. М.А.Киясбейли

29. Русский как иностранный. Учебное пособие. III класс. Москва, Русское слово, 2020, в соавторстве с доц. М.А.Киясбейли

30. Русский как иностранный. Учебное пособие. IV класс. Москва, Русское слово, 2020, в соавторстве с доц. М.А.Киясбейли

31. Литература. 6 класс. Учебник для общеобразовательных школ с русским языком обучения, Баку, Bakı Slavyan Universiteti, 2021, 208 s.

Redaktoru olduğu və redaksiya heyətində təmsil olunduğu nəşrlər

1. “Mütərcim” jurnalı, baş redaktor (1996-cı ildən nəşr edilir).

2. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” elmi məcmuəsi, məsul redaktor (1994-cü ildən nəşr olunur).

3.“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı, baş redaktorun müavini, 2003-2017-ci illər, 2017-ci ildən redaksiya heyətinin üzvü

4.“Azərbaycanda xarici dillər” məcmuəsi, redaksiya heyətinin üzvü, 2007-ci ildən.

5.“Literaturnaya qazeta”nın “Yevraziyskaya muza” əlavəsi, Moskva, Azərbaycan üzrə təmsilçi, 2009-2013-cü illər.

6."Nauka i jiznğ Kazaxstana” jurnalı, Almatı, redaksiya şurasının üzvü, 2008-ci ildən.

7.Bakı Slavyan Universitetinin "Elmi əsərləri". "Dil və ədəbiyyat" seriyası (2014-cü ildən).

Təmsil olunduğu təşkilat və şuralar

1. BSU nəzdində Dissertasiya Şurasının üzvü (2014-cü ildən),
2. Təhsil Problemləri İnstitutu nəzdində Dissertasiya Şurasının üzvü (2008-2012)
3. Bakı Slavyan Universitetinin Elmi Şurası (2000-ci ildən üzv, 2014-cü ildən sədr müavini)
4. Azərbaycan Yazıçılar Birliyinin Bədii tərcümə şurasının üzvü
5. MAPRYAL-ın Azərbaycan təmsilçisi

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.