Telman Bağırov
Telman Bağırov (tam adı: Telman Malik oğlu Bağırov; 9 sentyabr 1960, Port-İliç, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Telman Bağırov | |
---|---|
Telman Malik oğlu Bağırov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Port İliç, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
![]() |
Atası | Malik |
Anası | Məskurə |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Milis kiçik serjantı |
Həyatı
1960-cı il sentyabrın 9-u Lənkəran rayonunun Port-İliç yaşayış məntəqəsində (indiki Liman şəhəri) anadan olmuşdur.[2] Port-İliçdə orta kənd məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmış, hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhər 12 nömrəli texniki-peşə məktəbini bitirərək kinomexanik sənətinə yiyələnmişdir. Daha sonra Bakı məişət kondisionerləri zavodunun 1 nömrəli sexində işləmişdir. Orada əvvəlcə partiya sıralarına, daha sonra isə əla xasiyyətnamə ilə 26 Bakı komissarı rayonunun daxili işlər şöbəsinin milis mühafizə bölməsinə qəbul olunmuşdur. Milis rütbəsi kiçik serjant olmuşdur.
1989-cu il noyabr ayında Şuşanın Malıbəyli kəndində gedən döyüşlərdə iştirak etmişdir.[3]
Ailəli olmuş, yeganə qızı Nişanə ölümündən 22 gün sonra, 1990-cı il fevralın 11-də anadan olmuşdur.[4]
Qanlı Yanvar faciəsi
«Dostluq» kinoteatrının yanındakı danışıq məntəqəsinin qarşısında əsgərlər tərəfindən vurulmuşdur. Xəstəxanada ona tibbi yardım göstərilənə qədər «Dostluq» kinoteatrının yaxınlığında vəfat etmişdir.
Bacısı Hörmətin xatirələrindən:[3]
Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ünvan
Bakı, İçərişəhər, 2-ci döngə, ev 14, mənzil 3.
Xatirəsi
Yaşadığı İçərişəhərdə keçmiş Pestel küçəsinin adı dəyişdirilərək Telman Bağırov küçəsi edilmişdir.
Qeydlər
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
- "Həm peşə, həm də Vətən borcu..." 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-20.
- "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.