Telman Abdinov
Telman Abdinov — Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002).
Telman Abdinov | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Şahbuz rayonu, Külüs kəndi |
Fəaliyyəti | rəssam |
Janr | Rəssamlıq |
Mükafatları |
![]() |
Həyatı
Telman Manaf oğlu Abdinov 1954-cü ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. SSRİ Rəssamlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (1988). Boya, qrafika janrlarında əsərlərin müəllifidir. Bir çox xarici ölkələrdə sərgiləri təşkil olunub.
Yaradıcılığında portret və mənzərə janrı mühüm yer tutur. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı adına layiq görülüb.
İstinadlar
- "Arxivlənmiş surət". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.