Telim xan
Telim xan Teymur xan oğlu Türkman (1757, Mərağey[d], Mərkəzi ostanı – 1830, Savə, Mərkəzi ostanı) — el şairi.
Telim xan | |
---|---|
Telim xan Teymur xan oğlu Türkman | |
Doğum tarixi | 1757 |
Doğum yeri |
|
Vəfat tarixi | 1830 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Telim xan Vikimənbədə |
Həyatı
Telim xan 1742-ci ildə Savə vilayətinin Mərağey kəndində anadan olmuşdur[1][2]. 14-15 yaşlarında şeir yazmağa başlamışdır. Çox gözəl şeirlər yazdığı və mükəmməl aşıqlığından dolayı onun "Haqq aşığı" olduğuna inanılmışdır.
Telim xan gənclik illərində əmisi qızı Mehri xanıma aşiq olmuş, onun ardınca Şiraza getmiş, orada yeddi il qalaraq yəhər-səmər işləriylə, sərraclıqla məşğul olmuşdur. O, nakam bir eşq yaşamış, çox sevdiyi Mehri xanıma qovuşa biməmışdir. Amma son nəfəsinə qədər Mehri xanımı sevmişdir.
Telim xan bir şerində 60 yaşına, başqa bir şerində isə 90 yaşına çatdığına işarə etmişdir. Onun doxsan yaşında öldüyü qəbul edilsə də, şair hicri-qəməri 1245-ci ildə, yəni miladi 1829-cu ildə vəfat edib.
Telim xanın oğullarından biri Qulamhüseyn bəydir. Onun oğlu Kərim bəy, onun oğlu Murad xan, Murad xanın oğlu isə Mirzə Mahmuddur (Türkmən Mahmud). Mirzə Mahmud da şair imiş. Onun övladlarından Mahmud oğlu Hüseyn, indi Hüseynoğulları ünvanını Mahmuddan alıb "Mahmudi" deyə tanınırlar. Telim xanın bir oğlu da Şükrullah bəy imiş ki, onun nəsli də Cəlali, Nuri, Zahidi və Telimi soyadları ilə tanınmaqdadırlar.
Savə türklərindən Əli Kəmali, Telim xanın on min beytə yaxın şerini toplamış və bir divan halına gətirib çapa hazırlamışdır. Telim xan klassik və xalq şerinin, müstəzat, müxəmməs, təsnif, təcnis, qoşma, gəzəl, müsəlsəl, bayatı, gəraylı, mürəbbə, müsəbbə, müləmma, dodaqdəyməz, nəzm şəkillərində və əruz vəzninin çeşidli qəlplərində şeirlər yazmışdır. Tədqiqatçı-vəkil Əli Kəmali bir yazısında ömrünün on ildən çoxunu Telim xanın həyatını araştırmağa və onun şeirlərini toplamağa həsr etdiyini, milyonlarla pul xərclədiyini yaxşı mənada öyünərək yazır. Əli Kəmali tamamlayıb, hazır hala gətirdiyi Telim xanın divanını çap etdirmədən dünyaya gözlərini yumdu (1996). Bu divan hələ də çap olunmayıb.
Mənbə
- Varlıq dərgisi, 1360 (1981), Tehran- İran, Sayı: 25, s. 50-54; Save türklerinin böyük şairi, nəşrə hazırlayan: Yavuz Akpınar, Kardas Edebiyatlar, 1997-Erzurum, Sayı: 38, s. 9-17.
- Dr. Qulamhüseyn Begdeli, Yeni tapıntılar və mədəni irsimizə bir nəzər, Varlıq dərgisi, 1360 (1981), Tehran- İran, Sayı: 25, s. 57.
- Varlıq dərgisi, 1360 (1981), Tehran- İran, sayı: 25, s. 55.
- Varlıq dərgisi, 1360 (1981), Tehran- İran, Sayı: 25, s. 57.
- Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.
Həmçinin bax
İstinadlar
- Ali Kafkasyalı. İran Türk Edebiyatı Antolojisi. III. Ərzurum: Atatürk Üniversitesi Yayınları. 2002. səh. 51. 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
- Anar. Min beş yüz ilin oğuz şeiri antologiyası (PDF). Bakı: Azərbaycan nəşriyyatı. 1999. səh. 318. Archived from the original on 2022-07-18. İstifadə tarixi: 2023-04-11.