Telifonlar
Telifonlar (lat. Uropygi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.
Telifonlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Arachnomorpha Yarımtip: Sinif: Klad: Tetrapulmonata Dəstə: Telifonlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Haqqında
Telifonlar xarici quruluşuna görə əqrəblərə oxşar olub, pedipalpları daha güclü inkişaf etmişdir. Ön ətrafları uzundur, qamçı şəklindədir və antennaları əvəz edir. Qarıncıq şöbə buğumludur. Axırıncı üç buğumu saplaq şəklində uzanaraq, sapşəkilli uzun quyruqla nəhayətlənir. Zəhər vəziləri olmur. Səkkizinci və doqquzuncu buğumlarda yerləşən 2 cüt ağciyərlə tənəffüs edirlər. Telifonlar isti ölkələrdə , xüsusən tropik meşələrdə yaşayırlar. Onlar yırtıcıdırlar və gecə həyat terzi keçirirlər. Əsasən həşaratla, həmçinin çoxayaqlılarla, qurdlarla , çılpaq ilbizlərlə qidalanırlar. Nisbətən iri ölçülü həşarata hücum etmirlər. Telifon qaçarkən sapşəkilli quyruğunu qaldıraraq, bu maddəni xaric edir. Nisbətən iri formalar aşındırıcı maddəni 30 sm məsafəyə qədər ata bilir. Bu maddənin tərkibində qarışqa və sirkə turşusu vardır, bəzi növlərdə bu kəskin xlor iyi verir. Bu maddə insanda selikli qişanı güclü aşındırır.[2]
Fəsilələri
- Hypoctoninae Pocock, 1899
- Etienneus Heurtault, 1984
- Hypoctonus Thorell, 1888
- Labochirus Pocock, 1894
- Thelyphonellus Pocock, 1894
- Ravilops Viquez et de Armas, 2005
- Mastigoproctinae Speijer, 1933
- Amauromastigon Mello-Leitão, 1931
- Mastigoproctus Pocock, 1894
- Mayacentrum Viquez et de Armas, 2006
- Mimoscorpius Pocock, 1894
- Uroproctus Pocock, 1894
- Valeriophonus Viquez et de Armas, 2005
- Thelyphoninae Lucas, 1835
- Abaliella Strand, 1928
- Chajnus Speijer, 1936
- Ginosigma Speijer, 1936
- Glyptogluteus Rowland, 1973
- Minbosius Speijer, 1936
- Tetrabalius Thorell, 1888
- Thelyphonoides Krehenwinkel, Curio, Tacud et Haupt, 2009
- Thelyphonus Latreille, 1802
- Typopeltinae Rowland et Cooke, 1973
- Typopeltis Pocock, 1894
- Nəsli kəsilmişlər
- † Geralinura Scudder, 1884
- † Parageralinura Tetlie et Dunlop, 2008
- † Proschizomus Dunlop et Horrocks, 1996
- † Prothelyphonus Frič, 1904
- † Burmathelyphonia Wunderlich, 2015
- † Mesoproctus Dunlop, 1988
- † Mesothelyphonus Cai et Huang, 2017
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2007.
- B. İ. Ağayev, Z. A. Zeynalova "Onurğasızlar Zoologiyası". Bakı, "Təhsil", 2008, səh. 363