Teletekst
Teletekst — televiziya yayım stansiyalarının, yaxud kabel televiziyasının öz abonentləri üçün verdiyi mətn və sadə görüntülərdən ibarət informasiya xidməti. Teletekst vasitəsilə, adətən, müxtəlif xəbərlər, hava proqnozu, televiziya verilişlərinin proqramı və başqa bənzər informasiyalar verilir. Sistem 1970-ci illərdə Böyük Britaniyada işlənib hazırlanıb.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.