Telepatiya

Telepatiya (q.yun. τῆλε — «uzaq, uzaqda» и πάθος — «hiss») — beynin heç bir məlum ünsiyyət və ya manipulyasiya vasitələrindən istifadə etmədən düşüncələri, təsvirləri, hissləri və şüursuz vəziyyəti uzaqdan başqa beyinə və ya orqanizmə ötürmək və ya ondan qəbul etmək üçün etibarlı eksperimental sübuta malik olmayan hipotetik qabiliyyətidir.

"Telepatiya" termini ilk dəfə 1882-ci ildə Britaniya Psixi Tədqiqatlar Cəmiyyətinin yaradıcılarından biri olan (ing. Frederic William Henry Myers) tərəfindən başqa üç tədqiqatçı - Görni, Sidcik və Barrett ilə birlikdə uzaqdan düşüncənin ötürülməsi cəhdi ilə bağlı təcrübələrdən sonra istifadə edilmişdir. Telepatiyanın mövcudluğunu sübut etmək cəhdləri ilə bağlı təcrübələr Avropada, ABŞ-də və Sovet İttifaqında aparılmışdır. Bir sıra ilkin müsbət nəticələr haqqında məlumatlara baxmayaraq, onları təkrarlamaq cəhdləri adətən mənfi nəticələrə gətirib çıxarır, buna görə də fenomenin reallığı hələ də sübut olunmamış qalır. Telepatiya üçün bioloji ilkin şərtlərin olmadığını və onun mövcudluğunun əsas elmi prinsiplərlə ziddiyyətini nəzərə alaraq, elm adamları tez-tez telepatiyanın mövcudluğu ideyasını psevdo-elmi hesab edirlər.

Bir çox paranormal tədqiqatçı telepatiya və hipnozu (lat. suggestio) əlaqəli hadisələr hesab edir, xüsusən də hipnozun uzaqdan həyata keçirildiyi halda. Mayers bu fenomeni "telepatik hipnoz" (ing. telepathic hypnotism) adlandırdı. Telepatiyanın intuisiyanın əsası olması fikirləri irəli sürülüb. Baxışı və ya birinin yaxınlaşmasını hiss etmək də beyinin telepatik siqnalları qəbulu etməsi və emal etməsinin nəticəsidir.

Növləri

Parapsixologiyada ("məsafədən düşüncə ötürülməsi" adlandırılan) şüurlu telepatiyanı şüursuzdan (əsil telepatiyadan) ayırırlar. "Okkultizm və Parapsixologiya Ensiklopediyası"na görə, əvvəlcə termin "özlüyündə fenomenin mahiyyətini izah edən hesab edilmirdi, lakin çox keçmədən məhz bu funksiya ona aid edilməyə başlandı." Beləliklə, (N.Fodora görə) təfəkkürün uzaqdan ötürülməsinin mümkünlüyünü eksperimental şəkildə nümayiş etdirməli olan faktlar əsasında onun (telepatiyanın) hətta şüurlu şəkildə bu cür cəhdlər edilmədikdə belə, ünsiyyət vasitəsi kimi çıxış edə biləcəyi ifadəsinə “nəhəng məntiqi sıçrayış” edilib. Məhz bu "sıçrayış" sonradan spiritualistlər ilə, "başqa dünya" qüvvələrinə aid edilən hər şeyi telepatik ünsiyyətin nəticəsi kimi təsnif etməyə çalışan paranormal hadisələrin tədqiqatçıları arasında mübahisələrdə maneə oldu[1].

"Okultizm və Parapsixologiya Ensiklopediyası" telepatiya ilə düşüncənin uzaqdan ötürülməsi arasındakı əsas fərqi belə ifadə edir:

Telepatik “ünsiyyət”də ötürən tərəf agent kimi fəaliyyət göstərdiyinin fərqində olmaya bilər və qəbul edən tərəf şüurlu şəkildə düşüncəni qəbul etməyə hazırlaşmır. Telepatiya eksperimentin obyekti ola bilməz, uzaqdan düşüncə ötürülməsi isə ola bilər. Düşüncə ötürülməsi ibtidai xüsusiyyətdir. Telepatiya paranormal qavrayışın yüksək inkişaf etmiş bir üsuludur və adətən “onun mexanizmi” güclü hisslərlə işə düşür.

[1]

Belə bölgüyə ehtiyac olduğunu “köhnə məktəb” tədqiqatçıları da etiraf etmişlər. Skeptik Frank Podmor, deyirdi: "İki növ fenomeni əlaqələndirməyə çalışmaq qanuni olsa da, bu cür kortəbii hadisəni telepatiya nəzəriyyəsinin əsasına çevirməyə cəhd etməyə dəyməz"[2]. Podomora qarşı çıxan Myers hesab edirdi ki, “...kainatda cisimsiz şüur ümumiyyətlə varsa, şüurun bir xüsusiyyəti kimi telepatiya, şübhəsiz ki, Kainatda mövcud olmalıdır”[1].

Parapsixologiyada telepatiyanın bir neçə növü, xüsusən də latent[3][4] (“gecikmiş”) və emotiv[5] (ing. emotive telepathy), həmçinin retrokoqnitiv, prekoqnitiv və intuitiv telepatiya (ötürülmüş məlumatın keçmişə, gələcəyə və ya indiyə aid olub-olmamasından asılı olaraq) nəzərdən keçirilir[4].

Telepatiyanın fiziki, sensor və zehni formalarına da bölünmə var.[6]

İstinadlar

  1. Occultism & Parapsychology Encyclopedia. "Telepathy". www.answers.com. 2012-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-06.
  2. The Newer Spiritualism, p. 26.
  3. Rennie, John (1845), «Test for Telepathy», Scientific American, V3#1 (1847-09-25)
  4. Glossary of Parapsychological terms — Telepathy Arxivləşdirilib 2006-09-27 at the Wayback Machine — Parapsychological Association, Retrieved December 19, 2006
  5. Plazo, Dr. Joseph R., (2002) «Psychic Seduction.» pp.112-114 ISBN 0-9785922-3-9
  6. "Learn telepathy". www.extrasensory-perceptions-guide.com. 2009-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-06.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.