Telegraph Media Group
"Telegraph Media Group Limited" ("TMG"; əvvəllər "Telegraph Group") — Birləşmiş Krallıq şirkəti. Şirkət "The Daily Telegraph" və "The Sunday Telegraph" qəzetlərinin sahibidir.[5] Devid və Frederik Barkley aylarla davam edən gərgin tender və məhkəmə çəkişmələrindən sonra şirkəti 30 iyul 2004-cü ildə ABŞ biznesmeni Konrad Blekin nəzarətində olan "Hollinger Inc." şirkətindən satın almışdır.r.
Telegraph Media Group | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | kütləvi informasiya vasitələri |
Məhsulları | qəzet, The Daily Telegraph[1][2] |
Təsis tarixi | 1948[1] |
Baş qərargahın yeri | |
telegraphmediagroup.com |
2015-ci ildə "TMG" 51 milyon funt-sterlinq əməliyyat mənfəəti əldə etmişdir. "The Guardian"a sızan yoxlanılmamış hesablara görə, vergidən əvvəl mənfəət 47 milyon funt sterlinq, 3 yanvar 2016-cı il tarixinədək 53 həftə ərzində dövriyyə isə 319 milyon funt sterlinq olmmuşdur. Əgər bu rəqəmlər doğrudursa, deməli, hər iki hesab üzrə 2014-cü il göstəricilərinə nisbətdə artım yaşanmışdır.[6]
İstinadlar
- Crunchbase (ing.). 2007.
- https://telegraphmediagroup.com/what-we-do/.
- Companies House. 1988.
- OpenCorporates (ing.). 2010.
- "Telegraph Media Group Limited". Bloomberg Businessweek. New York City: Bloomberg L.P. 12 September 2016. 30 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2016.
- Greenslade, Roy. "Telegraph Media Group made £51m operating profit in 2015". The Guardian. London: Guardian Media Group. 17 February 2016. 9 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2016.
Xarici keçidlər
- telegraph.co.uk — Telegraph Media Group rəsmi saytı