Telanqana

TelanqanaHindistanın cənubunda ştat. 114,840 km2 ərazi ilə Hindistanın 12-ci iri ştatıdır.

Telanqana
تلنگانہ
Bayraq
Bayraq
17°59′24″ şm. e. 79°35′24″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 2 iyun 2014
Sahəsi
  • 112.077 km²[1]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 35.193.978 nəf. (2011)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 50
Nəqliyyat kodu TS
Digər
telangana.gov.in
Telanqana xəritədə
Telanqana
Telanqana
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisinin böyük hissəsi Heydərabad ştatının tərkibində olmuş (Medak və Varanqal rayonları), Britaniya Racı dönəmində Heydərabad Nizamı tərəfindən idarə olunmuş, 1948-ci ildə Hindistan dominionuna qoşulmuşdur. 1956-cı ildə ştatların linqvistik xüsusiyyətlərə görə yenidən təşkil olunarkən Heydərabad ştatının Teluqu dilində danışan hissəsi – Telanqana Andhra ştatına birləşdirildi, yeni Andhra Pradeş ştatı quruldu. 2014-ci ilin iyunun 2-də Telanqana Andhra Pradeşdən ayrılaraq paytxatı Heydərabad şəhəri olan 29-cu yeni ştat oldu. Heydərabad on ildən çox olmayan müddətdə Andhra Pradeş və Telanqana ştatlarının birləşmiş paytaxtı kimi fəaliyyət göstərməyə davam edəcəkdir.

Telanqana şimaldan Maharaştra, Çhatisqarh; qərbdən Karnataka; cənub, şərq və şimal-şərqdən Andhra Pradeş ştaları ilə qonşudur. Ştatın 35,286,757 nəfər (2011-ci ilin statistikası) əhalisi var. Əsas şəhərləri Heydərabad, Nizamabad, Xarimnaqar, Xammam, Varanqal şəhərləridir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.