Tefrit

Tefrit — teralitin effuziv analoqu olub qələvi bazaltoidlərin tipik və çox geniş yayılmış növü. Xarici görünüşünə görə bazalta çox oxşayır, əsas kütlədən və mineral püruzlərdən təşkil olunmuşdur. Püruzlər plagioklaz, piroksen və olivindən, bəzən nefelin və ya analsimdən ibarətdir. Bütöv və ya mandelşteyn teksturla səciyyələnir. Tefrit mineral tərkibi əsas paragenezislərə görə təyin olunur: plagioklaz, monoklinal piroksen, olivin, feldşpatoidlər. Qələvi çöl şpatı, hornblend, biotit də iştirak edə bilər. Aksessor mineralları: apatit və titanmaqnetit. Törəmə mineralları: seolitlər, xlorit, kalsit. Tefrit quruluşu porfir və ya afir, əsas kütlənin quruluşu isə intersertaldır. Sinonim: Nefelinli bazanitoid, linozait, linozit, monsonit, nefelinli dolerit, tefrit-bazalt və b. Növ müxtəlifliyi.: bereşit, analsimli, analsim-leysitli, hayuinli, olivinli, skapolitli tefrit və b.

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.