Tedros Adanom Qebreisus
Tedros Adanom Qebreisus (ingilicsə:Tedros Adhanom; 3 mart 1965[1][2][…], Əsməra, Efiopiya imperiyası) — Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Efiopiyanın sabiq səhiyyə naziri və xarici işlər naziri[4]
Tedros Adanom Qebreisus | |
---|---|
Tedros Adhanom | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 mart 1965[1][2][…] (59 yaş) |
Doğum yeri | |
Təhsili | Əsməra Universiteti, Umeå University, Nottingem Universiteti, London School of Hygiene & Tropical Medicine |
Fəaliyyəti | siyasətçi, beynəlxalq forum iştirakçısı[d] |
Uşağı | 5 |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Sosial gigiyena və səhiyyənin təşkili, Beynəlxalq təşkilat[3], Səhiyyə[3], mikrobiologiya[3], siyasət[3], xarici siyasət[3] |
|
|
who.int/dg | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və təhsili
Tedros Adano Qebreisus 3 mart 1965-ci ildə Efiopiyanın Əsməra şəhərində anadan olub. Əsməra Universitetində, sonra isə Böyük Britaniyanın Nottinqem Universitetində mağistr təhsili alıb. Elmi adını da infeksion xəstəliklər və immunologiya sahəsində müdafiə etdiyi elmi işlə bağlı olub.
Beynəlxalq,səhiyyə və siyasi fəaliyyəti
2009-cu ildə o, QİÇS, malyariya və vərəmə qarşı Qlobal Mübarizə Fondunun sədri seçilib. Ümumdünya Səhiyyə Təşkilatına sədrlik edən ilk Afrika təçəmsilçisi olub. ÜST rəhbəri seçilməzdən öncə 7 il Efiopiyanın səhiyyə naziri, daha sonra isə 2012-2016-cı illərdə Efiopiyanın xarici işlər naziri işləyib. Səhiyyə naziri olarkən ölkəsinin səhiyyə sisteminin inkişafı üçün mühüm işlər görüb. İlk növbədə milyonlarla insan səhiyyə sisteminin xidmətilərindən istifadə edə bilib. O, səhiyyə ocaqlarının yaradılmasına ciddi investisiyanın yatırılmasına nail ola bilib.
Azərbaycana səfəri
2018-ci ildə ÜST-ün baş direktoru kimi Azərbaycana ilk rəsmi səfərə gəlib. Səfər müddətində baş direktor Vərəm üzrə Təlim Mərkəzində, Azərbaycanın Milli Onkologiya Mərkəzində olub. Səfər çərçivəsində ÜST direktoru prezident İlham Əliyev, səhiyyə naziri Oqtay Şirəliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Təltifləri
İstinadlar
- CURRICULUM VITAE: Dr Tedros Adhanom Ghebreyesus. // Ümumdünya Səhiyyə Təşkilatı 1948.
- Tedros Adhanom Ghebreyesus // MAK (pol.).
- Ghebreyesus, Tedros Adhanom // Çex Milli Hakimiyyət Məlumat bazası.
- Dünyanı virusa görə qadağa rejiminə keçirən kişi - ...isus