Tuğut

Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.[1]

Kənd
Tuğut
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Meğri rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4

Toponimikası

Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir[2]. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə[3] qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Coğrafiyası

Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi.

Əhalisi

Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur[5]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 85 nəfər, 1931-ci ildə 78 nəfər yalnız azərbaycanlı yaşamışdır[6]. Kollektivləşmə adı ilə kəndin sakinləri qonşu kəndlərə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.68
  3. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.56
  4. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.68–69, 142–143
  5. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.216
  6. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.68–69, 142–143
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.