Taypin üsyanı
Taypin üsyanı(1850–1864) — Çində kəndli müharibəsi.
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası | ||||||
Dao • Daosizm • Leqizm • Tao Te Çinq • Konfutsiçilik • Kon Fu Dzı • Lao-tszı • Moizm • Mo-tszı • İn və Yan • Li • 36 stratagem • Citkundo • Kunq-fu • Tay çi çuan • Uşu • Vin Çun • Dim Mak • Şaolin | ||||||
Üç hökmdar və beş imperator | ||||||
Sya sülaləsi | ||||||
Şan sülaləsi | ||||||
Çjou sülaləsi | ||||||
Şərqi Çjou | Yaz-Payız | |||||
Döyüşən çarlıqlar | ||||||
Çu sülaləsi — qarışıq dövr | ||||||
Qərbi Han | ||||||
Sin sülaləsi, Van Man | ||||||
Şərqi Han | ||||||
Şu | U | |||||
Qərbi Çzin | ||||||
16 barbar | Şərqi Çzin | |||||
Cənub və Şimal sülalələri | ||||||
Suy sülaləsi | ||||||
Tan sülaləsi | ||||||
Beş sülalə və on çarlıq
|
||||||
Şimali Sun
|
|
|||||
Çzin
|
||||||
Çin Respublikası | ||||||
Tarixi
XIX əsrin üçüncü rübü yenə də sosial narazılığın nəticəsi kimi bir sıra iğtişaşlar görürdü. XIX əsrin birinci yarısında Taypinin ("taypin" sözü çin dilində "dinc", "sülhsevər"demək idi) vətəni olan Kvantun əyalətini sosial iğtişaş bürüdü. Tiryək müharibəsindən sonra hökumətin nüfuzu tənəzzülə uğramışdı, qulluqçular icma düşmənçiliyini barışdırmaq sahəsində öz qabiliyyətlərini itirmişdilər. Belə münaqişələrin ən böyüyü yerli sakinlərlə gəlmə sakinlər adlanan hakkalarla – onlar keçmiş vaxtlarda bu əyalətə mərkəzi Çindən gəlmişdilər, baş verdi. Yeni din kimi yaranan Allaha sitayiş edənlər assosiasiyasının ardıcılları şaxtaçılar, ağac kömürü istehsal edən fəhlələr və kasıb kəndlilər idi. Onların əksəriyyəti hakkalara məxsus adamlar idi. Üsyana Tiryək müharibəsi nəticəsində meydana gələn yüksək inflyasiyaya nəticəsində və iri mülkədarların qoyduqları ağır vergidən daha çox yoxsullaşan minlərlə kəndlilər qoşulmuşdular.[1]
1851-ci ildə yaranan yeni dövlət Taypin Tien-kuo (Böyük sülhün səma səltənəti) adlanırdı. Taypin üsyanının başçısı Hun Hsiu-çüan özünü İisus Xristin qardaşı adlandırırdı və o, Səma kralı elan edildi. Yeni dövlət iri torpaq sahibliyinin ləğv edildiyini elan etdi. Torpaqlar bərabər qaydada bölünməli və xalqa paylanmalı idi. 1852-ci ildə onlar imperial ordunu mühasirədə saxladı, sonra mühasirəni qaldırıb, Hunanın içərilərinə soxuldular. 1853-cü ildə Nankini işğal edib, onu özlərinin paytaxtı etdilər.[2]
Taypin dininin özəyi monoteizm olmaqla fundamental protestant xristianlığına bənzəyirdi. Bu din həm də güclü anti-mancurizmlə (Tsin sülaləsinin hakimiyətinə qarşı mübarizə kimi) qarışmaqla, Çin mədəni ənənəsinə qarşı münasibətdə də tolerant deyildi. Bu siyasi-dini mürəkkəblik Taypinin döyüşən ruhu tərəfindən möhkəm qaydada dəstəklənirdi. Taypin dini ideyalarının, əxlaqının və institutlarının başlanğıcı öz izini Çin ənənəsindən götürə bilərdi. Taypinlər Nankində məskunlaşdıqdan sonra kənd məmurları təyin edildi, primitiv kommunizm ideyalarına uyğun olaraq onlar əkin torpaqlarını yenidən bölüşdürməyi planlaşdırırdılar. Lakin faktiki olaraq torpaq islahatı həyata keçirilən deyildi, kəndlərdə məmur vəzifələri başlıca olaraq keçmiş torpaq sahibləri və ya yerli hökumətlərin məmurları ilə dolmuşdu.[3]
1853-cü ilin mayında Taypin Şimali Çinə ekspedisiya göndərdi, lakin 1855-ci ilin yazında nəticədə məğlub oldu. Bundan sonra Yantszı vadisindəki əlamətlər mübarizənin başlıca səhnəsinə çevrildi. Həmin illərin hökumət orduları pis intizama malik idilər, ona görə də başqa çıxış yolu olmadığından yerli milisə bel bağlamalı olurdular. Bu yerli ordular kənd fermerlərindən ibarət idi və Konfutsi ortodoksiyasını himayə etmək missiyasından və sadəcə öz kəndlərini mühafizə etməkdən daha çox genişmiqyaslı əməliyyatlar həyata keçirirdilər. Yerli kiçik torpaq sahibləri onları lazım olan pul fondu ilə təmin edirdilər.[4]
Çindəki Taypin üsyanı (1850–1864-cü illər) nəticəsində on milyonlarla insan həlak olmuşdu. Bu tarixdəki ən qanlı və dağıdıcı vətəndaş müharibəsidir. Bəzi tarixçilər mübaliğəyə yol verərək, onun qurbalarının sayını bəşəriyyətin I Dynya müharibəsində verdiyi dəhşətli rüsumun miqdarı ilə müqayisə edirlər. Əlbəttə, tarixdə əvvəllər mövcud olmuş və onunla elə eyni vaxtda gedən vətəndaş müharibələrindən kəskin surətdə fərqlənirdi. ABŞ-də təqribən eyni dövrdə gedən Vətəndaş müharibəsində isə həlak olanların sayı 600 min nəfər olmuşdu.[5]
Taypin tədricən darmadağın edildi və 1861-ci ilin oktyabrında inqilabi səbəb artıq sıradan çıxdı. 1864-cü ilin iyulunda Nankinin ələ keçirilməsi ilə dünya tarixindəki ən böyük vətəndaş müharibələrindən biri başa çatdı. Onların enerjiləri də tükəndi. Üstəlik, din fanatizm, baxmayaraq ki, onu döyüşçülərin özü ilhamlandırmışdı, hərbi və inzibati işləri ələ keçirməyə mane oldu. Ənənəvi mədəniyyətə qarşı dözümsüzlük də həmçinin xırda torpaq sahiblərini və onlara bənzərləri bu hərəkatdan uzaqlaşdırırdı.[6]
Yunnanda, Şensidə və Kansudakı müsəlman üsyanları həmin əyalətlərdə çinlilərlə müsəlmanlar arasında toqquşmalardan öz başlanğıcını götürmüşdü. Dini rəğbətsizlik nəzərə alınmalı idi, lakin daha əhəmiyyətlisi sosial və siyasi fon idi.
Müsəlman-çinli rəqabəti 1821-ci ildən meydana gəlmişdi. Hökumət qulluqçuları çinliləri müdafiə etmişdilər və müsəlmanlar həm çinlilərə, həm də hakimiyyətə qarşı mübarizəyə qalxmağa məcbur olmuşdular.
1862-ci ildə Şensidəki digər müsəlman iğtişaşı Kansuya və Şərqi Türküstana yayıldı və 15 il ərzində davam etdi. Üsyanın sonrakı səhnəsində üsyançılar imperial ordu tərəfindən məğlub edildikdə, Kansuya qaçdılar və bu əyalət mübarizənin başlıca teatrına çevrildi. Şensidə və Kansuda çoxlu müsəlman liderləri var idi, lakin onlar nə ümumi qərargaha, nə də vahid siyasətə malik deyildilər.
Həmçinin bax
İstinadlar
- "Hakka" Arxivləşdirilib 2015-05-03 at the Wayback Machine, Encyclopædia Britannica Online, accessed 31 March 2011.
- Илюшечкин В. П. Крестьянская война тайпинов. М., 1967.
- Кара-Мурза Г. С. Тайпины. М., 1950.
- Тайпинское восстание 1850–1864. Сборник документов. М., 1960.
- Новая история Китая. М., 1972.
- История Востока в 6 томах. Том IV книга 1 "Восток в новое время (конец XVIII — начало XX в.)". М., "Восточная литература" РАН, 2004.