Taynaq

TaynaqAzərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.

Taynaq
40°07′14″ şm. e. 47°10′02″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 102 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 878 nəf. (2009)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0428
Taynaq xəritədə

Adının mənası

Ağcabədi rayonunun Sancalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim tay (bir çox: xalqların toponimiyasında "yüksəklik", "suayrıcı", "iki çay və ya göl arasındakı quru sahə", "meşəlik" və s. mənalarda işlənir) və -naq (-laq şək.-sinin yerli tələffüz forması) komponentlərindən düzəlib, kəndin Qarqar və Kür çayları arasında və ya Qarqar çayı ilə Ağgöl bataqlığı arasında yerləşməsi ilə bağlı yaranmışdır. Rayonun ərazisində Kür və Qarqar çaylarının yatağı boyunca uzanan kiçik tuğay meşələri də bu adın yaranmasına səbəb ola bilər[1].

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.