Tayms-skver
Tayms-skver (ing. Times square) — Nyu-Yorkda Vest 42-ci prospekt, Brodvey küçəsi və Yeddinci avenyu ilə kəsişdiyi qovşaq və ətrafındakı sahə. Dəqiq sərhədi yoxdur, lakin şərqdə Altıncı avenyu, qərbdə Səkkizinci avenyu, cənubda 40-cı prospekt və şimalda 53-cü prospektə qədər uzanan bir sahə olub Manhettenin Midtovn bölgəsinin qərb tərəfinə qədər uzanır.
Tayms-skver | |
---|---|
Times Square | |
| |
40°45′27″ şm. e. 73°59′09″ q. u. | |
Ölkə | |
Digər | |
timessquarenyc.org | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
1904-cü ilin yeni il axşamı, Tayms-skverə adını verən Nyu-York Taymsın meydandakı yeni binalarına köçməsinin atəşfəşanlıqla qeyd olunması ilə yeni bir ənənə başladı və hər il yeni il bu meydanda atəşfəşanlıqla qeyd olunmağa başlandı. Bu ənənə hələ də davam edir. Hər il meydanda minlərlə insan yeni ili göstərən məşhur işıqlı topun enişini izləyər. Tayms-skver sıx nəqliyyatı ilə məşhur olduğu kimi taksiləri ilə də məşhur bir meydandır.