Tayfunlar

Tayfunlardan əziyyət çəkən ərazilər

Sakit okeanının üzərindəki tayfunlar, 7 avqust 2006.

Tayfunlar- ən dağıdıcı tropik siklonlar sırasına aiddir. Hər il tayfunlar Asiyanın bir sıra ölkələrinin iqtisadiyyatına olduqca böyük itkilər verir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələr tayfunların vurduğu ziyanları çətinliklə bərpa edə bilir. Sakit okeanın qərb hissəsinin üzərində ildə 25–30 peyda olunan tayfundan ayrı-ayrı illərdə 1-dən 4-ü Yapon dənizinəPrimorski ölkəsinə çıxır. Bütün bunlar Filippindən şimali- şərqdə okean üzərində əmələ gəlir. Onların orta mövcudiyyəti 11 gün, maksimum isə 18 gün təşkil edir. Belə tropik siklonlarda müşahidə olunan minimal təzyiq geniş tərəddüdə malik olur (885 qPa-dan 980 qPa-ya qədər), lakin onlar Rusiya ərazisinə çıxdıqda mərkəzlərində təzyiq 960–1006 qPa-ya qədər yüksəlir. Sutka ərzində maksimal yağıntıların cəmi 400 mm-ə, küləyin sürəti işə 20–35 m/san-yə çatır. Şimal yarımkürəsində qış qasırğaları da dağıdıcı xarakter daşıyır. Stiven Lambert "journal of Geophysical Research" jurnalında bu yarımkürədə XX əsrdə güclü qış qasırğalarını təhlil etmişdir: 1920–1970-ci illər arası 40-a qədər qış qasırğası baş verimşdir. Sonralar temperaturun yüksəlməsi ilə əlaqədar olaraq qasırğaların tez-tez baş verməsi müşahidə edildi, 1985-ci ildən başlayaraq Şimal yarımkürəsində ildə 80-ə qədər qasırğa hadisəsi baş verir. Son onillikdə Qərbi Avropada çoxsaylı misli görünməmiş dağıdıcı güclü qasırğalar baş vermişdir. 1999-cu ilin qışında Qərbi Avropada üç qeyri- adi dəhşətli qasırğa olmuşdur: "Anatol", "Martın""Lotar". Bu qasırğalar 150 insanın ölümünə səbəb olaraq 10,3 mlrd, dollar maddi ziyan vurmuşdur. Dekabrın 26-sı Milad bayramı günü "Lotar" qasırğası Fransa, Almaniyaİsveçrəyə 7,5 mlrd, dollar ziyan yetirdi.[1]

Xarici keçidlər

Həmçinin bax

İstinadlar

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.