Tayşo
İmperator Tayşo (yap. 大正天皇 Yoşihito (yap. 嘉仁), 31 avqust 1879 — 25 dekabr 1926 — 123-cü Yaponiya imperatoru, 1912 - 1926 illər ərzində hakimiyyətdə olmuşdur[1] Onun hakimiyyət dönəmi Tayşo adlandırılır.
Yoşihito | |
---|---|
yap. 大正天皇 | |
Yaponiyanın 123-cü İmperatoru | |
30 iyul 1912 – 25 dekabr 1926 | |
Əvvəlki | Meyci |
Sonrakı | Hirohito |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tokio |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, monarx, Əsilzadəlik |
Atası | Meyci |
Anası | Seken |
Həyat yoldaşı | Sadako |
Uşaqları |
oğlulları Hirohito şahzadə Titibu Yasuhito şahzadə Takamasu Nabuhito şahzadə Mikasa Takahito |
Ailəsi | Yaponiya imperator evi |
Dini | Şintoizm |
Hərbi xidmət | |
Qoşun növü | Yaponiya İmperator ordusu |
Rütbəsi | generalisimus |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
İmperator Tayşo 31 avqust 1879 ildə anadan olmuşdur. O, İmperator Meycinin üçüncü oğlu olmuşdur. Anası Yanaqivara Nauro Saray məslələtcisi Yanaqivari Misinarunun qızı olmuşdur. Yeni doğulan körpəyə Haru adı verilmişdir[2].
1889-ci ildə Tayşo həliəhdə çevrilir. Elə həmin ilin 3 noyabr tarixində şahzadə titulu alır[3]. Üstəlik o, İmperiya ordusu və donanmasının kiçik leytenantı elan edilir. 1909-ci ildə isə general-leytenant və vitse-admiral[2].
1900 ildə o, aristokrat Kuce Mititakinin dördüncü qızı olan Sadako ilə evlənir. Sonrada imperatoriça Teymey adı ilə tanınır. Onların üç oğlu olur:, Hirahito, şahzadə Titibu Yasuhito, şahzadə Takamasu Nabuhito və Mikasa Takahito[2].
30 iyul 1912 il tarixində Meycinin ölümündən sonra Yaponiya imperatoru elan edilir. Üç illik matəmdən sonra rəsmi olaraq səaliyyətlərinə başlayır[2].
Birlik dönəmində və Birinci dünya müharibəsindəki fəaliyyətlərinə görə 9 yanvar 1918-ci ildə Böyük Britaniyanın feldmarşalı elan edilir.
İmperator Meningitdən əziyyət çəkirdi. Cavan yaşlarında xəstəlik aradan qalxsada sonradan yenidən şiddətlənmişdir. Xəstəlik səbəbindən öz səahiyyətlərini yerinə yetirə bilmirdi. 1919-ci ildə parlamentin açılışında belə iştirak edə bilməmişdir. Bu səbəbdən 1926-cı ildə artıq parlament pegent olaraq oğlu Hirohitonu təyin edirlər[2][4]
25 dekabr 1926 ildə imperator 47-yaşında vəfat edir. Onu Tama məqbərəsində bastırırlar (yap. 多摩陵, たまのみささぎ)[2][5]
İstinadlar
- Taisho, Emperor // Encyclopedia of Japan (CD-ROM). — Kodansha Ltd, 1999. — ISBN 978-4062099370.
- Император Тайсё // Энциклопедия Ниппоника : [яп.] = Ниппон дайхякка дзэнсё : в 26 т. — 2-е изд. — Токио : Сёгакукан, 1994—1997.
- "Tayşonun bioqrafiyası". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-19.
- ТАЙСЁ // Япония от А до Я. Популярная иллюстрированная энциклопедия. (CD-ROM). — М.: Directmedia Publishing, «Япония сегодня», 2008. — ISBN 978-5-94865-190-3.
- Tama məqbərəsi Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine // İmperator sarayının rəsmi səhifəsi