Tayıflı
Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Tayıflı | |
---|---|
41°00′18″ şm. e. 47°30′26″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 479 m |
Saat qurşağı | |
|
Toponimikası
Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur.[1]
"Tayıflı" sözü üç hissədən ibarətdir: tay-ıf-lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndə[2] iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi. Kənd də çayın yatağına nisbətən sahilindəki ucalıqlarda salınmışdır. Sözdəki "ıf" hissəciyi "lətif", "tərif", "zərif" sözlərində olduğu kimi, sifət bildirir. "lı" isə mənsubiyyət bildirən şəkilçidir. Deməli, "Tayıflı" – "ucada, yüksəklikdə olanlar", yaxud, "o tayda, bu tayda qərar tutanlar" anlamına gəlir.
Coğrafiyası və iqlimi
Kənd Qalaçayın sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 15 km cənub-şərqdə, Şirvanlı kəndinin qərbində yerləşir. Rayon mərkəzindən Tayıflıya avtobus marşrutu işləyir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 687 nəfər yaşayır.[3]
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçilik təşkil edir. Kənddə ticarət köşkləri var. Təbii qaz xətti çəkilmişdir.
Mədəniyyəti
Kənddə klub, kitabxana, 32 telefon mövcuddur.
Təhsil
Kənddə tam orta məktəb fəaliyyət göstərir.
Səhiyyə
Kənddə tibb məntəqəsi var.
İstinadlar
- Tayıflı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan dilinin izahlı lüğəti. IV cild. Bakı: 2006, səh.273.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629