İkicərgə taksodium

İkicərgə taksodium (lat. Taxodium distichum) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin taksodium cinsinə aid bitki növü.

İkicərgə taksodium
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Gymnosperms
Şöbə:
Pinophyta
Yarımsinif:
Cupressidae
Dəstə:
Fəsilə:
Yarımfəsilə:
Növ:
İkicərgə taksodium
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  18041
NCBI  28982
EOL  1061709

Şimali Amerikada təbii halda bitir. Hündürlüyü 30–35 m-ə çatan, dekorativ ağacdır. Hər il qışda iynəyarpaqlarını tökən bu ağac sonradan özünəməxsus çətir əmələ gətirir. Yarpaqları xətvarı-neştərvarı və ya ensiz-xətvarıdan qabıqşəkilliyə qədər, tək, çox vaxt cod və iynəli, əsasən spiral yerləşmiş, bəzən qarşılıqlı, bir damarcıqlıdır. Qabıqların aşağı kənarları qalın və ya dişciklidir. Strobilləri bir evli, erkək strobilləri-xırda, ucda və ya qoltuqda, mikrosporofilləri spiral şəklində yerləşir. Rüşeymi 2-9 ləpəlidir. Erkək sünbülcükləri 15 sm uzunluğunda olub, salxım formasındadır. Hər sünbülcükdə 3-8 tozcuq olur. Dişi sünbülcükləri yumrudur, budaqların ucunda tək-tək yerləşirlər. Toxumları ensiz qanadlıdır, uzunluğu 15 mm-ə qədər, üç hissəli çox qalın, oduncaqlı qabıqlıdır. Toxum pulcuqlarında 2 yumurtacıq olur. Qozaları birinci il yetişir, tünd-qonur, şarşəkillidir. Qozaların uzunluğu 3 sm-ə çatır, formaca yumru və ya uzunsovdur.

Zəif boy atır, uzunömürlüdür. İşıqsevən, şaxtaya davamlıdır, rütubətli, gilli, qumlu, az çimləşmiş torpaqlara davamlı, əhəngli torpaqlara, davamsızdır. Balakən və Zaqatala rayonlarında yaxşı böyüyüb boy atır. Bakıda Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Azərbaycanın bir çox subtropik iqlimli bölgələrində mədəni şəraitdə becərilir. Tək-tək, qrupla əkmək və xiyabanlar salmaq üçün istifadə edilir.

Sinonimləri

  • Cuprespinnata disticha (L.) J. Nelson
  • Cupressepinnata disticha (L.) J.Nelson
  • Cupressus americana Catesby ex Endl.
  • Cupressus disticha L.
    • Cupressus disticha var. nutans Aiton
    • Cupressus disticha var. patens Aiton
  • Cupressus laeta Salisb.
  • Cupressus montezumae Humb. & Bonpl. ex Parl.
  • Glyptostrobus columnaris Carrière
  • Schubertia disticha (L.) Mirb.
    • Taxodium ascendens var. nutans (Aiton) Rehder
    • Taxodium ascendens f. nutans (Aiton) Rehder
  • Taxodium denudatum Carrière
    • Taxodium distichum f. confusum E.J.Palmer & Steyerm.
    • Taxodium distichum var. distichum
    • Taxodium distichum subsp. nutans (Aiton) A.E.Murray
    • Taxodium distichum var. nutans (Aiton) Sweet
    • Taxodium distichum var. nutans Carrière
    • Taxodium distichum var. patens (Aiton) Sweet
    • Taxodium distichum f. pendens Rehder
    • Taxodium distichum f. pendulum-elegans Beissn.
    • Taxodium distichum f. pendulum-novum P.Sm. ex Beissn.
  • Taxodium knightii K.Koch
  • Taxodium pyramidatum Beissn.
  • Taxodium sinense Nois. ex Gordon[1]

Növləri

    • Taxodium distichum var. imbricatum (Nutt.) Croom

İstinadlar

  1. İkicərgə taksodium:''The Plant List saytında takson barədə məlumat. (ing.)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.