Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində.
Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir.
Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar. Son zamalarda taxıc yuvaları əsasən istiliyə və odadavamlı termoplastlardan (məsələn, polikarbonat) hazırlanmış şəkildə tətbiq olunurlar.