Tavrida sarayı
Tavrida sarayı (rus. Таврический дворец) — knyaz Qriqori Aleksandroviç Potyomkinin Peterburq iqamətgahı. Saray 1783-1789-cu illərdə memar İvan Starovun layihəsi əsasında rus klassisizmi üslubunda inşa olunmuşdur. Saray Tavrid və Potyomkin küçələri ilə kəsişən Şpaler küçəsindədir, onun arxasında isə eyniadlı park yerləşir. Hazırda Tavrida sarayı Müstəgil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının qərargahı sayılır. Binada həmçinin «Mir» teleyayım şirkətinin Peterburq filialı yerləşir.
Tavrida sarayı | |
---|---|
Таврический дворец | |
59°56′52″ şm. e. 30°22′33″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Sankt-Peterburq |
Aidiyyatı | MDB Parlamentlərarası Assambleyasının qərargahı |
Memar | İvan Yeqoroviç Starov |
Sifarişçi | knyaz Qriqori Aleksandroviç Potyomkin |
Tikilmə tarixi | 1847 - 1848 |
Üslubu | Rus klassisizmi |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810689000 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tavrida sarayının kompleksi
Mərkəzi küçədən alçaq hasarla ayrılmış həyətin daxilində altı sütunlu eyvan və alçaq dəf üzərində yerləşən yastı günbəzlə bəzədilmiş iki mərtəbəli bina yerləşir. Hamar divarları hündür pəncərələr kəsir; sarayın triqlif frizi isə sərt antamblement ilə tamamlanır. Binanın əsas korpusu bir mərtəbəli qalereyalarla və künc ikimərtəbəli binalar ilə birləşir.