Taurin

Taurin — yarı əvəzolunmaz metionin və sistindən əldə edilən sülfürdən alınan amin turşusu. Bədəndə təbii olaraq meydana gəlir. Taurin tez-tez kükürd tərkibli amin turşusu olaraq adlandırılır, lakin molekulda bir karboksil qrupu yoxdur. Heyvanların və insanların toxumalarında və ödündə az miqdarda mövcuddur. Qida əlavəsi və ya dərman olaraq istifadə olunur.

Taurin
Ümumi
Sistematik adı 2-Aminetan sulfon turşusu
Kimyəvi formulu C2H7NO3S
Empirik formulu H2NC2H4SO3H
Molyar kütlə 125,14 q/mol
Fiziki xassələri
Aqreqat halı (n.ş.) rəngsiz və ya ağ rəngli bərk maddə
Sıxlıq 1.734 q/sm3 (at −173.15 °C) q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 305,0 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 107-35-7
PubChem
EINECS-də qeyd. nöm. 203-483-8
SMILES NCCS(=O)(O)=O
ChEBI 15891
ChemSpider
Taurin molekulu

Bədəndəki nevroloji funksiyaları və nevroloji əlaqə mexanizmini gücləndirir və tənzimləyərək antioksidləşdirici xüsusiyyətlər göstərir. Beyin zədələnməsindən sonra bədəndə taurin səviyyələri artılır, bunun səbəbi nevroloji olaraq qoruyucu olması və nevroloji canlandırıcı təsirlərə malik olmasıdır.

Taurinin adı "Taurus" (öküz) sözündən götürülmüşdür. Belə adlandırılmasına səbəb ilk dəfə 1827-ci ildə alman alimləri "Fridrix Tideman" və "Leopold Qmelin" tərəfindən öküzün ödündən əldə edilməsidir. 1846-cı ildə "Edmund Ronalds" tərəfindən insan ödündə aşkar edilmişdir. Yüksək miqdarda taurinə beyində, gözdə, ürəkdə və qan hüceyrələrində rast gəlinir.[1]

Taurinin zvitterion şəklində mövcud olması (H3N+CH2CH2SO3-) rentgen kristalloqrafiyası ilə təsdiq edilmişdir.[1]

Xüsusiyyətləri

Yeni bir taurin törəməsi olan 2-(1-phenylethyl)-aminoethanesulfonyl-2-propylamide hydrochloride in spinal cord yaralanması olan siçan modellərində nevro qoruyucu (Neyroprotektor) təsirləri elmi olaraq təsdiqlənmişdir. Taurin, sistein ilə birlikdə, prematur uşaqlar üçün əvəzolunmaz amin turşusudur.

Taurin qəbulu tip 1 və tip 2 şəkərli diabetin qarşısını almaqda olduqca təsirlidir. Bədəndə beyinqaraciyər taurin sintezindən məsul ən vacib iki orqandır. Bu orqanların kəskin ya da xroniki problemləri bədəndəki taurin səviyyələrinə təsir edə bilər.

Fiziki və bioloji xüsusiyyətləri

Ağ kristal toz, parçalanma ilə əriyir. Zəif — əksər üzvi həlledicilərdə, suda yaxşı həll olur. Taurin molekulunda asidik sulfo qrupu SO3H (pH 1.5) və əsas amin qrupu NH2 (pH 8.74) var, sulu məhlullarda izoelektrik nöqtə 5, 12-dir.[2] Fizioloji şəraitdə (pH 7.3), sulfo qrupunun ionlaşma dərəcəsi 100%, amin qrupunun — 96,3%, yəni bu cür şəraitdə taurin demək olar ki, tamamilə bir zviter ionu şəklində mövcuddur.[3]

Effektləri

Taurin beyinsinir sistemindəki kalsiumkalium balansını tənzimlənməsinə kömək edir. Taurin mərkəzi sinir sistemində anksiyete qarşı xüsusiyyətlərə malikdir. Taurin, istirahət vəziyyətində enerji xərcləmə potensialını stimullaşdıraraq piylənməyə də kömək edir. Taurin çatışmazlığı piylənmə ilə birlikdə ola bilər və bu kəskin dairə piylənmənin qalıcı vəziyyətə gəlməsinə səbəb olur. Taurin ürək ritminin pozulması və sərbəst radikal zədələnməsinin qarşısının alınmasında vacibdir. Taurin sümük metabolizmasına müsbət təsir edir, bədəndə osteoblastları inkişaf etdirərək xüsusilə xırdalanmamış qırıqların sürətlə yaxşılaşması üçün lazımdır. Antihipertenziv xüsusiyyətlərinə görə koronar risk və infarkt təhlükəsini azaldır. Hüceyrə əsaslı qoruyucu xüsusiyyətlərinə görə bədənin hər cür fiziki məşqə qarşı güc və müqavimətini artırır.

Pankreatit zamanı əldə edilən histopatoloji tapıntılara görə taurinin istifadəsi əhəmiyyətli dərəcədə irəlləyişlər təmin edir. Xüsusilə sinklə neyronu oksigen çatışmazlığından qoruyur.

İstifadəsi

Taurin demək olar ki, bütün enerji içkilərində mövcuddur. Ancaq aparılan son araşdırmalara görə tamamilə təhlükəsiz olduğu aşkarlanamamışdır.

Bioloji rolu

Taurin sistein dioksigenazın sistein sulfin turşusuna qatıldığı sistein sulfhidril qrupu SH-nin fermentatik oksidləşməsi zamanı bədəndə əmələ gəlir:

sistein sulfin turşusunun hipotaurinə sonrakı dekarboksillənməsi:

və hipotaurinin taurinə oksidləşməsi:

Taurin beyinsinir sistemindəki kalsiumkalium balansını tənzimlənməsinə kömək edir. Taurin mərkəzi sinir sistemində anksiyete qarşı xüsusiyyətlərə malikdir. Taurin, istirahət vəziyyətində enerji xərcləmə potensialını stimullaşdıraraq piylənməyə də kömək edir. Taurin çatışmazlığı piylənmə ilə birlikdə ola bilər və bu kəskin dairə piylənmənin qalıcı vəziyyətə gəlməsinə səbəb olur. Taurin ürək ritminin pozulması və sərbəst radikal zədələnməsinin qarşısının alınmasında vacibdir. Taurin sümük metabolizmasına müsbət təsir edir, bədəndə osteoblastları inkişaf etdirərək xüsusilə xırdalanmamış qırıqların sürətlə yaxşılaşması üçün lazımdır. Antihipertenziv xüsusiyyətlərinə görə koronar risk və infarkt təhlükəsini azaldır. Hüceyrə əsaslı qoruyucu xüsusiyyətlərinə görə bədənin hər cür fiziki məşqə qarşı güc və müqavimətini artırır.

Pankreatit zamanı əldə edilən histopatoloji tapıntılara görə taurinin istifadəsi əhəmiyyətli dərəcədə irəlləyişlər təmin edir. Xüsusilə sinklə neyronu oksigen çatışmazlığından qoruyur.[4].

Farmakoloji xüsusiyyətləri

Taurin subkonjunktiv olaraq, lokal olaraq tətbiq edildikdə retinoprotektiv, katarakt əleyhinə və metabolik təsir göstərir. Sistemli məruz qalma ilə taurin yalnız metabolik təsir göstərmir, həm də hepatoprotektiv təsir, kardiotonik və hipotenziv xüsusiyyətlərə malikdir.[5][6]

Taurinin, beyinlə yaddaşla əlaqəli sahə olan hipokampusta yeni hüceyrələrin meydana gəlməsini təşviq etdiyinə dair sübutlar var.[7][8] Qapalı baş zədələrində beyin yenilənməsini də gücləndirir.[9]

Radioqoruma xüsusiyyətlərinə malikdir.[10]

Alınması

Taurinin sənaye sintezində başlanğıc maddəsi — böyük miqyaslı üzvi sintez məhsulu olan etanolamindir.

Birinci mərhələdə etanolamin kükürd turşusu ilə esterləşir:

Sonra kostik soda təsiri altında etanolamin sulfat aziridin əmələ gətirir:

Son mərhələdə aziridinə kükürd turşusunun əlavə edilməsi, asidli bir mühitdə sodium sulfitin təsiri altında həyata keçirilir:

Əsas taurin istehsal müəssisələri hazırda (2006) Cənub-Şərqi Asiyada yerləşir, qiymət səviyyəsi 3 (Çin) və 1 kq üçün 5–12 ABŞ dolları (Avropa) arasında dəyişir.

Tətbiqi

Tibb və qida sənayesində istifadə olunur. Son illərdə, şampunlar enerji içkiləri və idman qidalanma məhsullarında daha çox istifadə edilən maddə halına gəlmişdir. Çox miqdarda taurin uşaqların normal fiziki və zehni inkişafının qarşısını alır. Kofein həssaslığı olanlar, depressiya, nevroloji müalicə alan insanlar, qaraciyər, böyrək xəstəliyi olanlar və ürək xəstəliyi olan insanların energetik içkiləri qəbul etməsi məsləhət görülmür.

Tibbdə

Taurin (göz damcısı)

Taurin, lipid mübadiləsində iştirak edir, enerjini və metabolik prosesləri yaxşılaşdırır, bağırsaqdakı yağların emulsiyasını təşviq edən safra turşularının (tauroxolik, taurodeoxycholic) bir hissəsidir. Mərkəzi sinir sistemində inhibitor nörotransmitter kimi fəaliyyət göstərir, bəzi antikonvulsant aktivliyə malikdir. Distrofik xarakterli xəstəliklərdə göz toxumalarında metabolik proseslərin normallaşmasına kömək edir.

Göz damcıları şəklində taurin retinanın degenerativ lezyonları üçün, irsi tapetoretinal degenerasiya ilə, kornea distrofiyası ilə, diabetik, travmatik və radiasiya kataraktları ilə, kornea zədələnmələri üçün istifadə olunur.

Daxildə ürək qlikozidləri ilə zəhərlənmə halında ürək-damar çatışmazlığı üçün də istifadə olunur.

Taurin tez-tez kompleks dərmanlarda istifadə olunur. "Dibikor", "Taufon", "Tautonus",[11] "Ergotex" preparatlarının, Sante FX NEO kimi yapon göz damcılarının əsas aktiv maddəsidir.

Qida əlavəsi

Qida məhsulları (şirələr, enerji içkiləri), habelə heyvan yemi üçün pəhriz əlavələrinin tərkib hissələrindən biri kimi istifadə olunur. Pişiklər üçün vazgeçilməz sülfonik turşudur və mütləq taurin də zəif komponentlərdən hazırlanan pişik qidasının tərkibinə daxil edilir.

Taurin həmçinin körpələr üçün istehsal olunan quru, süni qidaların tərkibində yer alır.

Yan təsirləri

Taurin, tövsiyə olunan dozaya (gündə 3 qrama qədər) qədər qəbul edildikdə sağlam yetkin şəxsdə yan təsirlərə səbəb olmur. Ancaq böyrək, mədə-bağırsaq sistemi, mədə xorasıonikibarmaq bağırsaq xorası olan insanlara taurin istifadə etmələri tövsiyə edilmir.[12]

İstinadlar

  1. Elvin Rüstəmli. "Taurin" (az.). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2021.
  2. Jacobsen, J.; Smith, L.; Biochemistry and Physiology of Taurine and Taurine Derviatives. Phys. Rev. 48; 1968
  3. Della Corte, L.; Taurine 4 : Taurine and Excitable Tissues; Advances in Experimental Medicine and Biology 483; Plenum Press; New York, 2000
  4. Hilton J. The Biosynthesis, Function and Deficiency Signs of Taurine in Cats. // Can Vet J. — 1988 July. — № 29(7). — P. 598–599, 601.
  5. Государственный реестр лекарственных средств. — Т. II. Ч. 2. Типовые клинико-фармакологические статьи (по состоянию на 1 апреля 2009 года). — М.: Мед. совет, 2009.. (журнал) (rus).
  6. Sagara, M., Murakami, S., Mizushima, S. et al. Taurine in 24-h Urine Samples Is Inversely Related to Cardiovascular Risks of Middle Aged Subjects in 50 Populations of the World. // Taurine. — 2015. — Vol. 9. — P. 623–636.
  7. Gebara, E., Udry, F., Sultan, S. et al. Taurine increases hippocampal neurogenesis in aging mice Arxivləşdirilib 2020-11-30 at the Wayback Machine. // Stem cell research. — 2015. — Vol. 14(3). — P. 369–379. — DOI:10.1016/j.scr.2015.04.001
  8. Toyoda, A., Koike, H., Nishihata, K. et al. Effects of Chronic Taurine Administration on Gene Expression, Protein Translation and Phosphorylation in the Rat Hippocampus Arxivləşdirilib 2018-06-18 at the Wayback Machine. // Taurine. — 2015. — Vol. 9. — P. 473–480. — DOI:10.1007/978-3-319-15126-7_37
  9. Gu, Y., Zhao, Y., Qian, K. et al. Taurine attenuates hippocampal and corpus callosum damage, and enhances neurological recovery after closed head injury in rats. // Neuroscience. — 2015. — Vol. 291. — P. 331–340.
  10. Olav Albert Christophersen. Radiation protection following nuclear power accidents: a survey of putative mechanisms involved in the radioprotective actions of taurine during and after radiation exposure // Microbial Ecology in Health and Disease . 23 (ingilis) (1). 2012.
  11. "Таутонус капсулы". 2015-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-18.
  12. Andrew Shao, John N. Hathcock. Risk assessment for the amino acids taurine, L-glutamine and L-arginine // Regulatory toxicology and pharmacology: RTP . 50 (3). 2008-4. 376—399. doi:10.1016/j.yrtph.2008.01.004. ISSN 0273-2300.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.