Tauqum
Tauqum (yəni Dağqum)(qaz. Тауқұм / Tauqum)[1] — Mərkəzi Asiyada, Qazaxıstanda yerləşən səhra. Balxaş-Alagöl dərəsində, Balxaş gölü və İli çayının cənubunda qərarlaşır. Səhranın sahəsi 10 000 km² təşkil edir. Uzunluğu 240 km, eni isə 40–60 km arasında dəyişir. Qum dyunlarının hündürlüyü 10—15 metrdir.
Tauqum səhrası | |
---|---|
qaz. Тауқұм | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 50 ± 10 km |
Yerləşməsi | |
44°59′35″ şm. e. 75°01′11″ ş. u. | |
Ölkə | Qazaxıstan |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Flora
Səhrada cuzqun, ayrıqotu, saksaul, yovşan və s. bitkilər bitir.
Taukumun cənub sərhədlərindən kol-ağac tipli bitkilərə rast gəlinir. Tuqay meşələri məhz bu bölgədə yerləşir. Tuqay meşələrində müxtəlif növ heyvanlara rast gəlinir.
İqlim
Yayı uzun sürür. İyul-avqust ayının orta temperaturu 24 - 26 ° С, bəzən isə 40° С. təşkil edir. Yağıntı əsasən aprel, sentyabrın sonu, oktyabr ayları düşür. Yay ayları yağıntı nadir hallarda müşahidə edilir.
İstinadlar
- "Taukum". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.