Tatsat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur.
Tatsat | |
---|---|
erm. Տաճատ | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 785[1][2] |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Bizans imperiyası |
Rütbəsi | strateq |
Döyüşlər |
Həyatı
Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur.[3][4] O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir. Onun hansı femalara rəhbərlik etdiyi məlum deyil, ancaq o, 776-cı ildən Bukelari femasına rəhbərlik edirdi.[3][4][5] Tatsat həmin il ərəblərə qarşı yürüş etmiş, Samasota (indiki Samsat) qəsəbəsinə qədər irəliləmişdir. O, Mixail Laxandrakon öndərliyindəki yürüşə qoşularaq Germanikeyaya (indiki Qəhrəmanmaraş) irəliləmiş, 781-ci ildə yenə Laxandrakon öndərliyində Kaseriyada (indiki Kayseri) Əbd əl-Kəbir öndərliyindəki ərəblərə qarşı qələbə çalmışdır.[3][4][6]
Abbasi xəlifəsinin oğlu Harun ər-Rəşid (hak. 786–809) Bizans imperiyasına yürüş edir və Anadolunu zəbt edir. Hərəmağası Stavraki öndərliyindəki Bizans qüvvələri ölkəsinə qayıdan Harunu tələyə salır. Tatsat bu momentdən istifadə edərək qoşunları ilə birlikdə dönəklik edərək Harunun tərəfinə qoşulur. Onun dönəkliyi bir müddət gizli saxlanmış, Harunun Bizansın Stavrakinin də aralarında olduğu diplomatik nümayəndələrini əsir götürməsinə səbəb olmuşdur. Beləliklə, Abbasi vəliəhdi imperatriça İrinaya ağır şərtlər qoya bilmişdir.[3][4][7]
Tatsatın bu hərəkətinin səbəbləri aydın deyil. Övliya Feofan onun İrinanın sevimlisi olan Stavrakiyə olan nifrətini qeyd edir, Ermənistan tarixşünası Gevont Yerets isə onun sarayda reputasiyasını itirməsini və İrinanın V Konstantinin sərkərdələrinin gücünü azaltmaq siyasətinin bir parçası olaraq əvəz edilməsindən qorxmasını təklif edir.[3][5][8] Feofan həmçinin, yazır ki, Tatsat dönəklik edərkən öz ailəsini və bütün mülklərini də tərk edir. Onun ailəsi sülh müqaviləsindən sonra ona qoşulur. Buna baxmayaraq, erməni mənbələri qeyd edir ki, o, dönəklik edərkən ailəsini də özü ilə aparır. Harun Tatsatı Ərməniyyənin əmiri təyin edir.[3][4] O, Xəzərlərə yürüş edərkən, 785-ci ildə öldürülür.[3][4]
Mənbə
İstinadlar
- Histoire de l'Arménie des origines à 1071. S. 337.
- Toumanoff C. Les dynasties de la Caucasie chrétienne de l'Antiquité jusqu'au xixe siècle (fr.): Tables généalogiques et chronologiques. Rome: 1990. P. 508.
- ODB. səh. 2014.
- PmbZ.
- Tredqold, 1988. səh. 69.
- Tredqold, 1988. səh. 66–67.
- Tredqold, 1988. səh. 67–69.
- Qarland, 1999. səh. 77.
Ədəbiyyat
- Garland, Lynda. Byzantine Empresses: Women and Power in Byzantium, AD 527–1204. London and New York: Routledge. 1999. ISBN 978-0-415-14688-3.
- Kacan, Aleksandr, redaktor The Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8.
- Lili; Lüdviq, Klaudiya; Pratş, Tomas; Zilke, Biti. Tatzates (#7241) // first1=Ralf-Yohannes Prosopographie der mittelbyzantinischen Zeit: 1. Abteilung (641–867) (#bad_url) (alman). Band 4: Platon (# 6266) – Theophylaktos (# 8345). Berlin: De Gruyter. səh. 320–321. ISBN 978-3-11-016674-3. (#missing_pipe)
- Tredqold, Uorren. The Byzantine Revival, 780–842 (ingilis). Stenford, Kaliforniya: Stanford University Press. 1988. ISBN 978-0-8047-1462-4.
- Tritle, Lawrence A. "Tatzates' Flight and the Byzantine-Arab Peace Treaty of 782". Byzantion: Revue Internationale des Etudes Byzantines. 47: 297–300.