Tatev
Tatev — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd.[2]
Tatev | |
---|---|
39°24′ şm. e. 46°12′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.680 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Sənəd 3 Bu sənəd Tatev monastrına mənsub olan Xot, ġinher və Xalidzor kəndlərinin sərhədlərinin dəqiqləşdirilməsi barədə 1400-cü ilə aid qəbalədir. Qəbalədə qeyd olunur ki, "Azərbaycan ölkəsinin Kapanat və Sisəcan əyalətinin, Naxçıvan tüməninin vicdanlı adamlarının şəhadəti ilə qazı məhkəmə keçirdi və bu məhkəmənin qərarı ilə Urud nahiyəsinin Xot, ġinher və Xalidzor kəndlərinin hüdudları dəqiqləşdirildi".
Bəs kəndlərin hüdudlarını müəyyənləşdirən yerlər necə adlanır? — Təmiz Azərbaycan türkcəsində! Təsəvvür edin ki, bu sənəddə bir dənə də erməni mənşəli yer adı yoxdur: Urud dərəsi, Urud çayı, Zoğallı dərə, Ayı dərəsi, Həmid gölü, Beş təpə, Daşxırman, Dəmirçi təpəsi, Çala, Molla Həsən karvansarası, Gədik, İmranlı qəbiristanlığı, Çaxırçimən, Korçeşmə, Qızıl qaya, Börklü qaya, Qara çınqıllı, Uzun qaya, Keçi qayası və s.
Bəs sənədi kim doldurub? — Naxçıvanlı Qəzi oğlu Əhməd, İnayətulla oğlu Rəhmətulla, Uruddan Söhrab[3]. Allah Papazyana rəhmət etsin ki, bu adları dəyişdirmədən olduğu kimi, Azərbaycan türkcəsində də vermişdir.[4][5]
Sənəd 7. 1450-ci ildə tərtib olunmuşdur.
Tatev monastrının baş keşişi (Vardabet) şimavon Anqexakotski[6] tərəfindən Svari, Tandzatap, Taşu və Aqans kəndlərinin Əmir Rüstəmdən, Kosmakot kəndinin Qəzənfər Cahan oğlundan və bir bağın Pirquludan satın alıb Tatev monastrına bağışlaması haqqında bu qəbalənin Seyyid Rumi Məhəmməd, habelə Urud kəndindən Söhrab və Rüstəm adlı şəxslər yazmış, Naxçıvan qazısı Zaməddin imzalayaraq möhürlə təsdiq etmişdir[7][4][5][8]
Sənəd 14. Azərbaycan ölkəsinin Kapanat vilayətinin Urud nahiyəsində yerləşən Tatev monastırıına məxsus Tatev, Svari, Taşu, Ağakəndi, Tanzatap, Xotanan, Xalidzor, Şinher, Xot, Kits, Bordi, Dəstəgerd, Gölyazı, Bnunis, Qarakilsə kəndlərinin və bağ yerlərinin əvvəllər vardaped şimavona məxsus olması və onun tərəfindən monastra bağışlanması barədə qəbalə 1508-ci il 8 noyabr tarixdə tərtib edilmiş və Sisəcan qazisi şükrulla Ənsari tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir[9][4][10].
Qaraqoyunlu hökmdarı Həsən Əlinin 1468-ci il tarixli fərmanı ilə Tatev və Vağədi kilsələri daha bir sıra vergilərdən (mal, ixracat, torpaq rentası), bu kilsələrin vəqf torpaqlarında yaşayan kəndlilər biyar ödəmələrindən azad olunurlar.
Bu fərmanla Əmir Rüstəm adlı bir Sünik knyazı tərəfindən 14 kəndin Tatev kilsəsinə satılması və həmin kəndlərin vəqf torpaqları siyahısına salınması bir daha təsdiq edilir[11].
Həmçinin bax
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- (155, 251)
- Matenadaran sənədi
- Əngələvidli — Musa Urud
- (155, 275)
- Bu qəbalə tərtib edildikdən bir neçə il sonra, 1468-ci ildə Həsən Əli Qaraqoyunlunun Tatev monastrına vəqf torpaqları ayrılması barədə fərmanı olmuşdur. Həmin fərmana görə, yuxarıda adları çəkilən kəndlərlə yanaşı, daha on kənd Tatev monastrının tabeliyinə verilmişdir.
- (155, 297)
- . Qaraqoyunlu Cahan şahın 1449-cu il tarixli fərmanı ilə Tatev və Vağədi monastrları vergilərdən azad edilmiş, onların tabeliyində olan kəndlərin məhsullarından monastra xüsusi pay ayrılması göstərilmiş, monastrların hər hansı fəaliyyətinə qarışmaq Urud nahiyəsinin darğa, məlik və kəndxudalarına qəti surətdə qadağan edilmişdir. Qaraqoyunlu Cahan şahın digər bir fərmanı ilə (tarixi oxunmur) Vağədi və Tatev monastrlarının vergi immuniteti bir daha təsdiq edilir və Göyçə vilayətinin erməni ruhanilərinin tabeliyi Tatev monastrına aid olunur<ref>(156, 163)
- (156, 167)