Tatalılar

TatalılarAzərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Tatalılar kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatalılar kənd Soveti yaradılmışdır.[1]

Tatalılar
39°51′49″ şm. e. 47°35′21″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 30 m
Saat qurşağı
Tatalılar xəritədə
Tatalılar
Tatalılar

Toponimikası

Yaşayış məntəqəsinin əsil adı Tat Alılardır. Toponim Eyvazlılar (Əmiralılar da adlanır) tayfasının tirələrindən birinin adı ilə bağldır. Yerli məlumata görə kəndin əhalisi əvvəllər köçəri (mövsümi) həyat tərzi keçirmiş, sovet hakimiyyəti dövründə oturaq həyata keçmişlər (1937). Yerli məlumata görə kəndin əsasını Cənubi Azərbaycandan Beyləqan ərazisinə gəlmiş Alı adlı şəxs qoymuşdur (indiki Aran ərazsindən keçənləri "tat" adlandırırlar).

Tarixi

Tarixi yerlərdən Çataltəpə, Qarabağ kanalı, Meşə zolağı var. Məhəllələri: Kosalar, Məlillər, İmamalılar, Keçəlli, Orduxanlı, Səfərli, Hacılar, Alıbabalardır. Kolxoz qurulmuş (1996) "Yeni həyat" adlanmış, torpaq islahatı ilə bağlı ləğv edilmişdir.

Tarixi abidələri

Böyük vətən müharibəsində şəhid olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.

Coğrafiyası və iqlimi

Kənd Bakıdan 291 km məsafədə, Rayon mərkəzindən 24 km şimalda, Mil düzündə yerləşmişdir. Şimaldan "Yuxarı Qarabağ kanalı", şimal-şərqdən rayonun Eyvazalılar, cənub-şərqdən İkinci Aşıqlı, Cənubdan Təzəkənd, cənub-qərbdən Kəbirli, qərbdən və şimal-qərbdən Baharabad kəndləri ilə həmsərhəddir. Sahəsi 1971.5 ha-dır. Ondan dövlət mülkiyyətində 653.5 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 21, perspektiv inkişaf fondu 20, örüş 160.4, suvarma kanalları və arxlar 50, kollektor-drenaj şəbəkədi 59.4, ictimai tikinti 3, kənd altında ümumi istifadə olan 13.2, yollar 21.9, məktəb 3.5, qəbiristanlıq 8, yararsız şoran torpaqlar 245.1 ha) xüsusi mülkiyyətdə olan 1126 ha(o cümlədən özəlləşdirilən torpaqlar 1066, həyətyani 60 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 0.53 ha pay torpağı bölünmüşdür.

Əhalisi

Kənddə 490 ailə yaşayır, əhalisi 2191 nəfərdir (2009). Tərəkəmə-türkmən kəndidir, alarlar da türkmən tayfasıdır. Böyük vətən müharibəsində 6 nəfər iştirak etmiş, 4 nəfər şəhid olmuşdur, 2 nəfər veteran vardır. Qarabağ müharibəsində 14 nəfər iştirak etmiş, 4 nəfər şəhid olmuşdur, 10 nəfər veteran vardır. 2-ci Qarabağ müharibəsində (Vətən müharibəsi) bu kənddən 1 nəfər (Salmanov Aslan İsrafil Oğlu) şəhid olmuşdur.(ölümündən sonra ona "Füzulinin azad olunmasına görə" və " Vətən uğrunda" medalları verilib)

Şəhidləri

  • İmanov ibrahim Sabir oğlu (1976-1996)
  • Behbudov Fikrət Xəlil oğlu(1976-1995)
  • Salmanov Salman Aslan oğlu (1975-1994)
  • Nəsirov Qoşqar Nəsir oğlu (1973-1994)
  • Aslan Salmanov  (05.04.1988 - 27.09.2020)

İqtisadiyytaı

Təsərrüfatların sayı 541-dir. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur.

Mədəniyyəti

Kənddə 1 kitabxana, klub, poçt var.

Təhsil

Kənddə 1 orta məktəb, 1 əsas məktəb və uşaq baxçası fəaliyyət göstərir.

Səhiyyə

Kənddə tibb məntəqəsi mövcuddur.

Həmçinin bax

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.