Tasikmalaya
Tasikmalaya İndoneziyanın Qərbi Yavadakı şəhəridir. Şəhər bəzən İslam internat məktəblərinin bolluğuna görə Min Pesantren Şəhəri adlandırılır.[1] Əyalətin paytaxtı olan Bandunqdan 120 kilometr cənubi-şərqindəki Tasikmalaya İndoneziya Milli Marşrutu 3-dən (Yavada əsas yol) keçir. Şəhər Yavanın dağlıq Preanqer regionunun 351 metr yüksəkliyində yerləşir.
Şəhər | |||||
Tasikmalaya | |||||
---|---|---|---|---|---|
|
|||||
7°18′58″ c. e. 108°11′51″ ş. u. | |||||
Ölkə | İndoneziya | ||||
Bölgə | Yava | ||||
Əyalət | Qərbi Yava | ||||
İcra başçısı | Budi Budiman | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 2001-ci il | ||||
Sahəsi | 729.4 km² | ||||
Mərkəzin hündürlüyü | 351 metr | ||||
Saat qurşağı | UTC+7 | ||||
Əhalisi | |||||
Əhalisi | 1,339,891 nəfər (2015) | ||||
Sıxlığı | 1,800 nəf./km² | ||||
Rəsmi dili | İndoneziya dili | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | (+62) 265 | ||||
Nəqliyyat kodu | Z | ||||
Digər | |||||
tasikmalayakota.go.id | |||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin əhalisi 2010-cu il əhalinin siyahıya alınmasına əsasən (şəhərin qərbdə, cənubda və şərqdə əhatə edən Tasikmalaya Reqensi istisna olmaqla) 635,464 nəfər, son rəsmi məlumat (2015-ci ilə kimi) 808,506 nəfərdir.[2] Tasikmalaya şəhəri,Tasikmalaya və Ciamis bölgələrini əhatə edən 14 rayonun tərtib edilmiş 2010-cu il siyahıya alınmasına görə əhali 1,339,891 nəfərdir.[3]
Demoqrafik vəziyyət
2005-ci ildə əhalinin siyahıya alınmasına görə Tasikmalaya şəhərinin əhalisi 579.671 nəfər idi və 2010-cu ildə 635.464-ə yüksəldi.[4] Son məlumatlara görə şəhərin əhalisi 2015-ci ildə 808.506 nəfərədək artıb.
1996-cı il iğtişaşı
Tasikmalaya şəhəri 1996-cı ilin dekabr ayının sonlarında geniş yayılmış kütləvi iğtişaşlar yeri idi. Dörd nəfər öldürüldü, polis zorakılığı ilə dağıdılan iğtişaşda bir çox kilsələr və onlarla çinlilərə aid müəssisələr dağıdıldı. Bununla yanaşı yerli hakimiyyət orqanlarının korrupsiyaya uğradığı iddia edilən vəzifəli məmurlara qarşı camaat hiddətlənmişdi.[5] Bu hadisə 90-cı illərin sonlarında Yavada baş verən dini və sinfi əsaslı ziddiyyətlərlə baş qaldıran bir çox iğtişaşlardan ən qabaqcıl idi.[6]
Təbii fəlakətlər
5 aprel 1982-ci ildə şəhərin təxminən 24 km məsafəsində yerləşən Qununq Qalunqqunq vulkanı püskürməsiylə lava və vulkanik külün nəticəsində ərazi böyük ziyana uğrayıb və ərazinin müvəqqəti boşaldılmasına səbəb olub.
2 sentyabr 2009-cu ildə 7 bal gücündə zəlzələ baş verib, şəhərdəki bir sıra binaları məhv edib, bir neçə nəfər həlak.[7]
26 iyun 2010-cu ildə saat 16:45 Waktu Indonesia Barat (WIB) vaxtıyla 6,3 bal gücündə zəlzələ baş verib. Xəsarət və ya dağıdılmış bina olmayıb.[8]
Mayın 20-də 5 bal gücündə zəlzələ baş verib. 07:37 Waktu İndoneziya Barat (WIB) vaxtıyla baş verib. Xəsarət və ya dağıdılmış bina olmayıb.[9]
Ödənişli yol
Tasikmalaya və Bandunqun Ring Roada birləşdirən 2018-ci ildə bir yol yolunun tikintisi planlaşdırılır.[10]
Viriadinata Hava limanı
Cibeureum (həmçinin Cibeureum Havalimanı) adlanan Viriadinata Hava limanı hərbi hava limanıdır, ancaq 9 İyun 2017-ci ildə vətəndaş hava limanı anklavı olan hərbi hava limanı halına gəlib. 1200 metrlik uçuş zolağında ATR 72-600 təyyarələri hərəkət edə bilir.[11]
Görkəmli şəxslər
- Mumin Ainul Mubarak
- Rhoma Irama
- Susi Susanti
Qalereya
- Düyü sahələri
- Sərhədyanı ərazinin sütununda şəhərin gerbi
İstinadlar
- "City of contrasts". 2004. The Straits Times February 27.
- "Archived copy". 2016-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-03.
- "Arxivlənmiş surət". 2015-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
- "Arxivlənmiş surət". 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
- Collins, Elizabeth Fuller (2002). Indonesia: a violent culture? Asian Survey 42(4):582-605.
- Bird, Judith (1998). Indonesia in 1997: The tinderbox year. Asian Survey 38(2):168-176
- "Arxivlənmiş surət". 2009-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
- "Archived copy". 2012-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-21.
- "Arxivlənmiş surət". 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
- "Connected with Bandung Ring Road 2". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
- Satrio Widianto. "Ini Fasilitas di Bandara Wiriadinata Tasikmalaya". June 10, 2017. November 20, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 5, 2018.