Tarzən Bəylər

Tarzən Bəylər (XIX əsrin əvvəli—?) — el sənətkarı, xalq musiqiçisi.

Bəylər
Doğum yeri Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası Rusiya İmperiyası Rusiya imperiyası
Vəfat yeri Kutaisi

Həyatı

Onun həyatı və sənəti haqqında məlumat çox azdır. XIX yüzilliyin başlanğıcında Qarabağın Xankəndi şəhərində doğulub və əsrin sonlarında vəfat edib. 10 il Tehran şəhərində təlim almışdır. Bu səbəbdən farsca yaxşı bilirdi. Musiqi elminə kamil yiyələnmişdir. Sonra Bakı şəhərinə gəlib və ömrünün çox hissəsi bu şəhərdə keçib. Deyilənlərə görə evi Böyük Qala küçəsində idi. 1880-cı ildə Bəylər Kutaisiyə köçür. İki il Bakıdakı dost tanışları ondan xəbər tutmurlar. Daha sonra dostu Məşədi İsmayıl onun dalıyca Gürcüstana gedir. Və görür ki, Bəylərin təbabət savadı da var imiş. Həkimlik edir, hörməti də burada böyükdür. Dostu soruşur ki, bəs tardan ayrılmısan?. O isə cavabında deyir ki, mən tarsız yaşaya bilmərəm və tarı əlinə alıb Rast çalmağa başlayır. Həmin görüşdən il yarım sonra Bəylər vəfat edir. Bəylər vəsiyyətində deyibmiş ki, öləndən sonra tarını Məşədi İsmayıla yadigar kimi versinlər

Mənbə

Rafael Hüseynov "1002-ci gecə", səh 26-27

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.