Taryel Eyvazov

Taryel Eyvazov (tam adı: Taryel Əli oğlu Eyvazov) — tibb elmləri namizədi, dosent, əməkdar həkim.

Taryel Eyvazov
Taryel Əli oğlu Eyvazov
Doğum tarixi
Doğum yeri Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Əli Eyvazov
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri namizədi
Elmi adı dosent
İş yeri Azərbaycan Tibb Universiteti
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı  — 2016


Həyatı

Taryel Eyvazov 30 iyul 1949-cu ildə anadan olmuşdur. O, respublikamızda həkim-terapevt kimi tanınır. Taryel Eyvazov Ağdam 5 saylı orta məktəbi 1966 ildə bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) Müalicə-profilaktika fakültəsində 1966-1972 illərdə təhsil almışdır. Taryel Eyvazov N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) aspiranturasında oxumuş, 1987-ci ildə Daşkənddə "Kənd əhalisi arasında çox yayılmış daxili xəstəliklərin erkən aşkarı və onların profilaktikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.[1]

Taryel Eyvazov Ağdam Tibb Texnikumunda 1972-1984 illərdə daxili xəstəliklər fənnini tədris etmişdir. Taryel Eyvazov 1990-1999 illərdə Ağdamda baş həkim işləmişdir . Hazırda o, Səhiyyə Nazirliyinin 18№- Birləşmiş Xəstəxanasında müavin vəzifəsində işləməklə yanaşı, Azərbaycan Tibb Universitetinin baş elmi işçisidir.

Fəaliyyəti

Taryel Eyvazov 1 metodik göstərişin, 34 elmi əsərin müəllifidir. O, apardığı elmi axtarışlarla sübut etmişdir ki, kənd əhalisi arasında çox yayılmış ürək xəstəlikləri, həmişə vaxtında aşkar edilmir. Hazırkı statistik məlumatlar real vəziyyəti tam əks etdirmir. Taryel Eyvazov "Azərbaycan tibb jurnalı" və "Sağlamlıq" jurnalı redaksiya şurasının üzvü, "Səhiyyə əlaçısı" və Ali dərəcəli həkimdir.[1]

Taryel Eyvazov Qarabağ müharibəsi veteranıdır.[1]

Taryel Eyvazov 2005 ildə “Qafqaz Media” İB “Praktik və nəzəri təbabətdəki xidmətlərinə, Qarabağ müharibəsinin ilk günlərindən səhiyyənin təşkilindəki fəaliyyətinə” görə ”Qızıl Fonendoskop”, 2012 ildə Azərbaycan Respublikası “Əsrin ziyalısı” diplomları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyun 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Taryel Eyvazova "Əməkdar həkim" fəxri adı verilmişdir.

İstinadlar

  1. Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001

Mənbə

  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
  • Orxan Zakiroğlu (Baharlı).Seyidli oymağının Eyvazlı nəsli. "Vedi inform" qəzeti, 31 yanvar-06 fevral 2014-cü il, № 04(47)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.