Tartariya
Tartariya (lat. Tartaria, fr. Tartarie, ing. Tartary, alm. Tartarei) və ya Böyük Tartariya (lat. Tartaria Magna) — coğrafi ifadə şəkildə XIII əsrdən XIX əsrədək işlənilən[1] qərbdə Xəzər dənizi ilə Ural dağları, şərqə Sakit okean arasında yerləşən tarixi bölgə.
Tarix
Tartariya ifadəsinin ən erkən bəlli istifadəsi Navarradan səyahətçi, Tudelalı Benyaminə aiddir. O, Türkistan və tanqutların tərəfində, Moğulistanın şimalında yerləşən Tibetin Tartariya vilayətindən yazırdı.[2][3]
XVIII əsrdən əvvəl Avropada Mancuriya, Sibir və Mərkəzi Asiya haqqında bilgi hüdudlu idi. Bütün bu ərazi sadəcə Tartariya kimi tanınırdı və onun sakinləri tartarlar adlanırdılar.[4] Erkən müasir dövrdə coğrafiyanın dərketməsi artıranda, Avropalılar Tartariyanın hissələrini onları kontrol edən güclərin adlarını bu sözə əlavə edərək ayrı bölgələrə bölməyə başlayıblar. Beləliklə, Sibir Böyük Tartariya və ya Rusiya Tartariyası, Krım xanlığı Kiçik Tartariya, Mancuriya Çin Tartariyası, qərbi Mərkəzi Asiya isə (Rusiya Mərkəzi Asiya almağından əvvəl) Müstəqil Tartariya olmuşdu.[5][6][7]
Tartarlar sözü altında müxtəlif türk və monqol xalqları nəzərdə tutulurdu. Bu söz Çingizlilərin qərbə yürüşləri ilə bağlıdır. Beləliklə, Avropalılar tatar etnonimə əlavə r hərfi əlavə edib, onları yunan mifologiyasında cəhənnəm kimi tartar anlıyışı ilə bağlayıblar.[8]
Avropalı coğrafiyaçıların bölgə haqqında bilgisi artırması ilə, Tartariya sözünün istifadəsi azalmağa başlayıb. Amma, o hələ də XIX əsrdə uzun müddət ərzində istifadə olunurdu.[9] Çindən yezuit missionerləri gətirdiyi etnoqrafik məlumata görə, erkən XVII əsrdə Avropa coğrafiyasında Çin Tartariyası ifadəsi Mancuriya ifadəsi ilə əvəzlənmişdi.[8] Yeqor Meyendorf və Aleksandr fon Humboldt regiona səyahətləri erkən XIX əsrdə Mərkəzi Asiya və onun hissəsi olan İç Asiya anlayışlarının,[10] Rusiyanın şərqə ekspansiyası isə onun Asiya hissəsi üçün Sibir anlayışının istifadəsinin işlənməsinə gəlib çıxarıb.[11]
Rus mənbələridə
Qorşeninanın fikrinə görə, Rusiyada mövcud olan nəzəri baxış, Tatariyanı özünə qarşı olan, uzaq, sirrli və təhlükəli bir diqəri kimi görən Avropa sivilizasiyasından fərqli idi. Onlar bu anlayışın altında Asiyanı ümumilikdə başa düşmürdülər.[12][13] Məsələn üçün, rus alimi, İvan Kirilov hazırladığı Atlas (1724—1734), rus mənbələrinin təsiri altında olan İsveçli fon Stralenberqın (1730) Böyük Tatariyanın yeni coğrafi təsviri və holland xəritəşisi Abraham Maasın (1735) Xəzər dənizinin və Özbək torpaqlarının bölgələrinin yeni xəritəsi kimi mənbələrində bu fərqləri görmək olar.[14]
İncəsənətdə təsvirləri
- Vladimir Nabokovun Ada romanıda.
- Cefri Çoserin Kenterberi hekayələrindən birində.
- Conatan Sviftin Qulliverin səyahəti romanıda "böyük Tartariya qütbü" qeyd olunur.
- Laymen Frenk Baumın Santa Klausun həyatı və macəraları kitabında.
İstinadlar
- Карманная книжка для любителей землеведения. Императорское Русское Географическое Общество. 1848. 255–256.
- Connell, Charles W. Western Views of the Origin of the ‘Tartars’: An Example of the Influence of Myth in the Second Half of the Thirteenth Century // The Spiritual Expansion of Medieval Latin Christendom: The Asian Missions / James D. Ryan (ed.). — L., N.Y.: Routledge, 2016. — P. 103—125. — ISBN 9780754659570. pp. 107-109
- Gorshenina, Svetlana. L'invention de l'Asie centrale: histoire du concept de la Tartarie à l'Eurasie. — Droz, 2014. — 702 p. — ISBN 9782600017886. p. 106-107
- Elliott, Mark C. "The Limits of Tartary: Manchuria in Imperial and National Geographies". The Journal of Asian Studies (59). August 2000: 603–46. (#redundant_parameters) doi:10.2307/2658945 p. 625
- Ibid., 626
- Vermeulen, Han F. Before Boas: The Genesis of Ethnography and Ethnology in the German Enlightenment. Albany, NY: University of Nebraska. 2018., p. 88
- Sela, Ron. "SVETLANA GORSHENINA. L’invention de l’Asie centrale: Histoire du concept de la Tartarie a` l’Eurasie. (Rayon histoire de la librairie Droz, no. 4.) Geneva: Droz, 2014. Pp. 702. $73.20." American Historical Review 2016 (April 2016): 542–43. doi:10.1353/imp.2015.0005., 542
- Elliott, Op. Cit., 626
- Wolff, Larry. "The Global Perspective of Enlightened Travelers: Philosophic Geography from Siberia to the Pacific Ocean." European Review of History: Revue Europeenne Dhistoire 13, no. 3 (September 2006): 437–53. doi:10.1080/13507480600893148, p.448
- Sela, Op. Cit, 543
- Vermeulen, Op. Cit., 89
- Gorshenina, p. 200
- Matochkina, Anna. "«L'invention de l'Asie centrale. Histoire du concept de la Tartarie à l'Eurasie» by Svetlana Gorshenina (review)" (1). Ab Imperio. 2015: 580–585. ISSN 2164-9731. p. 583
- Gorshenina, p. 229-230