Tarovlu
Tarovlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarovlu | |
---|---|
39°20′12″ şm. e. 46°32′15″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası
Tarovlu kəndi dağətəyi ərazidədir. Əsl adı Taroğludur. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Teymur Müskanlı kəndindən köçüb gəlmiş türklər: Tanrı verdi (Tarverdi, yaxud qısaldılmış formada Tar) və Allahverdi (Alo) adlı iki qardaş salmışdır. Kəndin ərazisində Tarverdi dərəsi də qeydə alınmışdır. Hazırda Cənubi Azərbaycanda Taroğlu adlı kənd mövcuddur. Çox güman ki, yaşayış məntəqəsi kəndin əsasını qoymuş böyük qardaşın adı ilə (təhrif olunaraq) belə adlanmışdır.[2]
Əhalisi
Şəxsiyyətləri
- Edil Eyvazov — fizik.
- Rauf Şahbazov-, Azərbaycan-Amerika Tibb Assosiasiyasının rəhbəri.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Ədəbiyyat
- Elşad Eyvazov. "Üç dağ qoynunda yatan Tarovlum". Sumqayıt, "Azəri" nəşriyyatı, 2015, 296 səhifə. (az.)