Tarla siçanı

Tarla siçanı (lat. Apodemus agrarius) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.

Tarla siçanı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Tarla siçanı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  585125
NCBI  39030
EOL  1178729
FW  109366

Xarici görünüşü

Bədəninin uzunluğu 123, quyruğu 90 mm-ə qədərdir. Sifəti kütləşmiş, qulaqları və gözləri kiçikdir. Belindəki xəz kobud, ortasından tünd zolaq keçir. Bədənin aşağı tərəfı ağımsovdur. Döşündə ön pəncələri arasında xallar yoxdur.

Yayılması

Tarla siçanının arealı Avropanın meşə zonasını və Asiyanın mühüm hissəsini əhatə edərək sərhədləri şimalda DanimarkaSankt-Peterdurqa, cənubda Zaqafqaziyaya, şərqdə VladivostokaYuniana qədər çatır. Şimali Qafqazın dağətəklərindən Zaqafqaziya hüdudlarına iki yolla keçir: Qara dəniz sahili boyunca təqribən Suxumiyə qədər, Xəzər sahili boyunca XaçmazaQuba-Qusar maili düzənliyinə qədər.

Yarımnövləri

Tarla siçanının dəyişkənlik məsələləri kifayət qədər öyrənilməmişdir. Başqa taksonomik əhəmiyyətli bir neçə yarımnöv və lokal formalar təsvir edilmişdir. Şimali Qafqaz, o sıradan Azərbaycan populyasiyaları növün tipik formasına aid edilərək A.a.caucasicus Dukei yarımnövü ayırd edilmişdir. Azərbaycanda növün arealının faktik olaraq cənub sərhəddi keçir. Burada o, Dəvəçi, QubaQusar rayonlarında d.s. 850 m-ə qədər arandağətəyi sahələrdə yayılmışdır.

Həyat tərzi

Tarla siçanı ağac bitkiçilikli stasiyalara uyğunlaşmışdır. Meşədə, meşə kənarlarında və talalarda, kolluqlarda, bağlarda, bostanlarda və müxtəlif bitki plantasiyalarında, taxıl zəmilərində, ot tayalarında və samanlıqlarda, təsərrüfat tikililərində rast gəlinir. Çox vaxt 3-4 çıxışı olan öz yuvalarını qazır.

Çoxalması və yaşama müddəti

Tarla siçanı ildə 3-4 və ya hətta 5 dəfə çoxalır. Hər nəsildə 5-7 bala olur. 3-3,5 aylığında cinsi yetkinliyə çatır.

Qidalanması

Qida tərkibi əsl meşə siçanlarında olduğundan daha rəngarəngdir. Payız-qış yeminin əsasını təşkil edən toxumgiləmeyvələrdən başqa çoxlu həşərat, eləcə də bitkilərin yaşıl hissələrini yeyir.

Ədəbiyyat

  • Azərbaycan faunası. X cild. Məməlilər. Bakı, Elm nəşriyyatı, 1978
  • Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar.Bakı, Elm nəşriyyatı, 2004.

Xarici keçidlər

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2001.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.