Tariyel Talıbov

Tariyel Hüseynəli oğlu Talıbov (22 fevral 1949, Noraşen rayonu) – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009), AMEA-nın həqiqi üzvü (akademik) (2014)[1].

Tariyel Talıbov
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral 1949(1949-02-22) (75 yaş)
Doğum yeri
Təhsili ali, Biologiya fakültəsi
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Təltifləri "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı  — 2009

Həyatı

Talıbov Tariyel Hüseynəli oğlu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olmuşdur. 1966-cı ildə Siyaqut kənd onbirillik orta məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir.

1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur.

16 yanvar 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktorudur.

2005–2010-cu illərdə 12 №-li Şərur seçki dairəsindən III–IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı və 4 nəvəsi vardır.

Əsas elmi nailiyyətləri

Naxçıvan MR-in flora biomüxtəlifliyinin tədqiqi, taksonomik spektrin hazırlanılması və səmərəli istifadəsi və qorunmasına aiddir. İlk dəfə olaraq Naxçıvan MR-in flora biomüxtəlifliyində ali bitkilərin taksonomik spektri hazırlanmış, onların nadir növlərinin "Qırmızı kitabı" nəşr edilmişdir. Naxçıvan MR-in flora biomüxtəlifliyi ilə sıx əlaqəda olan onurğalı heyvanların taksonomik spektri hazırlanılmış, region təbiətinin artan antropogen təsirlər nəticəsində modifikasiya və ya transformasiya səbəbləri işlənilərək, onurğalı heyvanların nadir növlərinin "Qırmızı kitabı" nəşr edilmişdir. Naxçıvan MR-in flora və bitkiliyinə, meyvə, üzüm və dərman bitkilərinə aid tədqiqatları elmi fəaliyyətdə mühüm yer tutur. Kadr hazırlığı: fəlsəfə doktorları-4, elmlər doktorları-1.

Əsas elmi əsərləri

  • Naxçıvan MSSR-də biosferin mühafizəsi. Azərnəşr: Bakı, 1983
  • Ərik. Bakı: Eım, 1997
  • Naxçıvan MR-in flora biomüxtəlifliyi və onun nadir növlərinin qorunması. Bakı: Eım, 2001
  • Naxçıvan Muxtar Respublikası bitkiliyi (Bitkiliyin tipoloji vahidləri). Naxçıvan MR Torpaq və Xəritəçəkmə Komitəsi. Naxçıvan, 2005
  • Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı, Onurğalılar üzrə, Cild 1. Naxçıvan: Əcəmi, 2006
  • Naxçıvan Muxtar Respublikası florasının çılpaqtoxumlu bitkiləri. Bakı: "MBM" mətbəəsi, 2007
  • Naxçıvan Muxtar Respublikası florasının yabanı alma və armud növləri. Naxçıvan: Əcəmi, 2007
  • Azərbaycanda Asiya muflonu və bezoar keçisinin qorunma strategiyası. Сратегия сохранения Азиатского муфлона и безоарового козла в Азербайджане (İngilis dilində xülasə). Naxçıvan: Əcəmi, 2007
  • Azərbaycan Respublikası. Naxçıvan Muxtar Respublikasının nadir bitkiləri. Naxçıvan MR Torpaq və Xəritəçəkmə Komitəsi. Naxçıvan, 2008
  • Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi, 2008
  • Naxçıvan Muxtar Respublikasının "Qırmızı Kitab"ı (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər üzrə). Naxçıvan: Əcəmi, Cild II, 2010
  • Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası. Naxçıvan:Əcəmi, 2012
  • Naxçıvan Muxtar Respublikasının gias və albalı sortları. Bakı:Elm və təhsil, 2013
  • Naxçıvan Muxtar Respublikasında alma genefondu. Bakı: Afpoliqraf, 2013,
  • Azərbaycan Respublikasının Qırmızı Kitabı. İkinci nəşr. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. Bakı:Şərq-Qərb nəşriyyatı, 2013
  • Azərbaycan Respublikasının Qırmızı Kitabı. İkinci nəşr. Nadir və nəsli kəsilməkdə olan heyvan növləri. Bakı:Şərq-Qərb nəşriyyatı, 2013

Pedaqoji fəaliyyəti

1970-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. 1974-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (İndiki Naxçıvan Dövlət Universiteti) kimya-biologiya kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuşdur. O, baş laborant vəzifəsindən Biologiya kafedrasının müəllimi, baş müəllimi, dosenti vəzifələrinə seçilmiş və ləyaqətlə fəaliyyət göstərmişdir.

T. Talıbov 1989-cu ildə Naxçıvan Dövlət Universitetində Botanika kafedrasının müdiri vəzifəsinə seçilmiş və 2003-cü ilədək bu kafedraya rəhbərlik etmişdir. Hazırda Naxçıvan Dövlət Universitetinin professorudur.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz Ekoregional Şurasının üzvüdür.

Təltiflər və fəxri adlar

  • Azərbaycan Respublikasının əməkdar elm xadimi — 3 avqust 2009
  • Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının yubiley qızıl medalı

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-19.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.