Tariyel Qasımov
Tariyel Qasımov (4 fevral 1939, Köçəsgər, Ağstafa rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR-in əməkdar (1979) və Azərbaycan Respublikasının xalq artisti (1991).[1][2]
Tariyel Qasımov | |
---|---|
Tariyel İsgəndər oğlu Qasımov | |
Doğum tarixi | 4 fevral 1939 (85 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Təhsili | |
Teatr | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı |
Mükafatları |
|
IMDb | ID1076981 |
Həyatı
Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə — Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.[3] 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. "Azərbaycanfilm"dən başqa "Türkmənfilm", "Tacikfilm", "Özbəkfilm", "Mosfilm", "DEFA" (Almaniya) studiyalarında filmlərə çəkilib: "Rüstəm və Söhrab" (1969–1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), "Qızıl rəngi" (1975, Türkmənfilm), "Çilidə gecə" (1982, Mosfilm), "Əlvida, yaşıl yay" (1983, Özbəkfilm), "Həyatın mənası" (1983, Özbəkfilm, 2 seriyalı), "Odlu yollarla" (1981–1983, Özbəkfilm, 17 seriyalı), "Sahib" (1983, Özbəkfilm), "Sonya raport verir" (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard).
Kitabları
- Ömrün sənət yollarında
- İnam
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 9 fevral 1979
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 22 may 1991
- III dərəcəli "Əmək" ordeni — 10 dekabr 2018[4]
Filmoqrafiya
- Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Həsən
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: Xudayarın qardaşı
- Axırıncı dayanacaq (film, 2014)
- Babək (film, 1979) - film səsləndirən: Tərxan (Ənvər Həsənov)
- Bir ovuc torpaq (film, 2009) - rol: Tacir Xudu
- Bizim küçənin oğlanları (film, 1973) - rol: Əliş
- Çilidə Gecə (1982, Mosfilm)
- Dağ meşəsindən keçərkən… (1964) - Geoloq
- Dairə (film, 1989) - rol: Milis rəisi
- Dədə Qorqud (film, 1975) - rol: Qılbaş
- Doğma sahillər (film, 1989)
- Əlvida, yaşıl yay (1983, Özbəkfilm)
- Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV)
- Gilas ağacı (film, 1972)
- Həyat, sən kiminsən? (film, 1972)
- Həyatın mənası (1983, Özbəkfilm)
- Hökm (film, 1994)
- Hörmətli alim yoldaşlar (film, 1971)
- Xüsusi vəziyyət (film, 1986)
- İstintaq (film, 1979)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Qatır Məmməd (film, 1974)
- Qəzəlxan (film, 1991)
- Qızıl rəngi (1975, Türkmənfilm)
- Qızıl qaz (film, 1972)
- Qocalar (film, 2008)
- Qorxma, mən səninləyəm
- Liftçi qız (1966)
- Məhkumlar (film, 2007)
- Muradına çatan Günəş
- Nəsimi (film, 1973)
- Alovlu yollar (1977–1984, Özbəkfilm)
- Ovsunçu (film, 2002)
- Özgə ömür (film, 1987)
- Rüstəm və Söhrab (1969, Tacikfilm)
- Sahib (1983, Özbəkfilm)
- Sahilsiz gecə (film, 1989)
- Sonuncu dərviş (film, 2009)
- Sonya raport verir (1983, Almaniya)
- Sürəyya (film, 1987)
- Şeytan göz qabağında (film, 1987)
- Tək olanda qorxma... (teleserial, 2013)
- Unudulan adam (film, 1987)
- Vulkana doğru (film, 1977)
- Tahirənin İntiqamı (serial,2009) — rol: Fazil
İstinadlar
- Xələfli, Ə. Yeri, dağlarım, yeri…: Polkovnik Nəsibov — Xalq artisti Tariyel Qasımov haqqında düşüncələr //Kredo.- 2011.- 5 fevral.- S. 1; 16.
- "M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 1991-ci il tarixli, 219 nömrəli Fərmanı Arxivləşdirilib 19 oktyabr 2022 at the Wayback Machine (az.)
- "Xalq artistinin 75 illik yubileyi qeyd olunacaq". 2014-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
- President.Az. "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.12.2018. 2019-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
Mənbə
- İdrisoğlu, A. Tariyelin keşməkeşli həyat yolu: [Xalq artisti Tariyel Qasımov haqqında] //Azad Azərbaycan.- 2015.- 5 may.- S.7.