Tariyel Abdullayev (şəhid, 1949)
Tariyel Abdullayev (tam adı: Tariyel Oruc oğlu Abdullayev; 1949, Şamxor rayonu, Azərbaycan SSR, SSRİ – 27 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Tariyel Abdullayev | |
---|---|
Tariyel Oruc oğlu Abdullayev | |
Doğum tarixi | 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 1990 |
Vəfat yeri | |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Atası | Oruc |
Anası | Fatma |
Milliyyəti | azərbaycanlı |
Həyatı
1949-cu ildə Şamxor rayonunda (indiki Şəmkir rayonu) anadan olmuşdur. Bakıda 54 nömrəli tam orta məktəbi bitirmişdir.[2] 4 nömrəli tikinti idarəsində rəngsaz işləmişdir.[3] Bəhruz və Firuz adlı iki oğlu yadigar qalmışdır.
Qanlı Yanvar faciəsi
XI Qızıl Ordu meydanında güllə yarası almışdır. Güllə arxadan dəymiş, qarın nahiyəsindən çıxmışdır. Xəstəxanaya aparılarkən maşın yenidən atəşə tutulmuş və aşmışdır. Tariyel Xəstəxanada 4 saat əməliyyat stolunda olmuş, işıqlar söndüyündən şam işığında əməliyyatı davam etdirilmişdir. İkinci dəfə yanvarın 22-də cərrahiyyə əməliyyatı aparılmış, lakin bu əməliyyatlar heç bir müsbət nəticə verməmişdir. Yanvarın 27-si aldığı xəsarətlərdən vəfat etmişdir.
Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Ünvan
Bakı, 5-ci mikrorayon, Tağızadə küçəsi, ev 38, mənzil 14.
Qeydlər
- ^ Rafiq Səməndər öz kitabında doğulduğu kəndin Dəllər Cəyir, Qulu Kəngərli isə öz kitabında doğulduğu kəndin Qaranüy olduğunu yazmışdır.
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
- "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.