Tarixdə imamət məktəbi (Məhərrəmi)
Tarixdə imamət məktəbi — Qulamhəsən Məhərrəminin kitabı.
Tarixdə imamət məktəbi | |
---|---|
Müəllif | Qulamhəsən Məhərrəmi |
Janrlar | Hədis, İslam tarixi |
Mövzu | İmamət |
Orijinalın dili | Farsca |
Ölkələr | Azərbaycan |
Tərcüməçi | Yalçın Cavadzadə |
Nəşriyyat | Qədim Qala (2018) |
Səhifə | 288 |
ISBN | ISBN 9789952807844 |
Məzmun
Bu kitabı təqdim etməkdə məqsədimiz sizi tarixdə imamət məktəbinə dair mövcud olan mühüm mənbələrlə tanış etmək, bu mənbələrə istinad edərək Əhli-beyt məktəbini müxtəlif cəhətlərdən işıqlandırmaqdır. Kitabı oxuduqdan sonra zehninizdə bu mövzu ilə bağlı bir çox suallara cavab tapacaqsınız. “Tarixdə imamət məktəbi” – bu məktəbin təşəkkül tapmasına səbəb olan ictimai-siyasi hadisələrdən başlayaraq müxtəlif xəlifələrin dövründə keçdiyi tarixi prosesləri əhatə edir. Kitab Əhli-beyt tərəfdarı olan səhabələr, tarixin bəzi dönəmlərində bu məktəbin ardıcıllarının rəhbərliyi ilə baş vermiş böyük qiyamlar, müxtəlif təzyiqlər nəticəsində köç etdikləri coğrafi ərazilər, məskunlaşdıqları böyük şəhərlər, yaratdıqları ədəbiyyat və nəhayət, daxildəki parçalanmalarla bağlı ətraflı məlumat təqdim edir.
Nəşr
Kitab 2018-ci ildə fars dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 288 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]
İstinadlar
- "Tarixdə İmamət Məktəbi" ( (az.)). qedimqala.az. 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
Xarici keçidlər
- "Tarixdə İmamət Məktəbi" ( (az.)). qedimqala.az. 2018. İstifadə tarixi: 2019-09-08.
- Zərif Nisə. ""Tarixdə imamət məktəbi" kitabı Azərbaycan dilində işıq üzü görüb - FOTO" ( (az.)). Milli.Az. 2018-04-18. 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
- Tarixdə İmamət Məktəbi