Tarix-i Şeyx Üveys

Tarix-i Şeyx ÜveysXIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhərinin ümumtarix əsəri Cəlairi sultanı Şeyx Üveysə (1356–1374) həsr olunmuşdur. Fars dilində yazılmış bu əsərin 1304–1359-cu illərdə baş vermiş hadisələrə həsr olunmuş qismi Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli mənbədir. Əsərdə Elxanilər dövlətinin tənəzzülü və Cəlairilər dövlətinin təşəkkülü prosesi işlənilir.[1]

Əsərdə Qızıl Orda hökmdarı Canı bəyin yürüşlərindən, Azərbaycanı tutmasından, Çobani hakimiyyətindən, Çobanilər ilə Qızıl Orda arasındakı mübarizədən və nəhayət Cəlairi Üveysin dövründən söhbət açılır.[2] Əsər Azərbaycanın tarixindən ayrılıqda bəhs etmir, lakin bir sıra mənbələrdə Azərbaycana xüsusi diqqət yetirilmiş, burada baş vermiş hadisələrin təsvirinə geniş yer verilmişdir. Bu cəhətdən Əbu Bəkr əl-Qütbi əl-Əhərinin "Tarixi Şeyx Üveys" əsəri müstəsna əhəmiyyət kəsb edir.[3]

Nəşrləri

Əbu Bəkr əl-Qütbi əl-Əhəri. Tarix-e şeyx Üveys. Farscadan tərcümə M. D. Kazımov və V. Z. Piriyevdir. Bakı, 1984.[4]

İstinadlar

  1. Xeyirbəy Qasımov.s.22.
  2. Erol Kükrçüoğlu..s.75.
  3. Xeyirbəy Qasımov.s.22.
  4. Süleyman Əliyarlı.s.190.

Ədəbiyyat

  • Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, "Aspoliqraf", 2008, 448 s.
  • Süleyman Əliyarlı. Tariximiz (açıqlanmamış mövzulari ilə). Bakı: Mütərcim, 2012. — 560 səh.
  • Erol Kükrçüoğlu. Nahçıvan Tarihi (V–XV. Yüzyıllar). Erzurum, Güneş Vakfı Kültürel Yaymlar, 2007.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.