Tardu xaqan
Tardu xaqan (達頭可汗/达头可汗) — 575-ci ildə yabqu olmuş Qərbi Göytürk xaqanlığı I xaqanı. Bumın xaqanın nəvəsi, İstəmi xaqanın oğlu idi.
Qara Çürin Türk Tardu Xaqan | |
---|---|
Göytürklərin qərb yabqusu və Qərbi Göytürk xaqanlığı I xaqanı | |
575 – 599 | |
Əvvəlki | İstəmi xaqan (yabqu kimi) Tulan xaqan (xaqan kimi) |
Sonrakı | Nili xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VI əsr |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | İstəmi xaqan |
Uşağı | Bağatur xaqan |
Dini | Tenqriçilik |
Həyatı
575-ci ildə yabqu titulu almışdı. 581-ci ildə Göytürk vətəndaş müharibəsinə qatılmış, Apa xaqanı müdafiə etmişdi.[1] Qərbdə isə qardaşı Tamqan şad vasitəsilə Şimali Qafqazda hakimiyyət qurmuşdu. 587-ci ildə Apa xaqana qarşı hərəkətə başlamış, onu da öldürtmüşdü.
591-ci ildə Bəhram Çubinə dəstək olmuşdu. 599-cu ildə isə Tulan xaqanın ölümündən istifadə edərək özünü Bilgə xaqan adı ilə ulu xaqan elan etmişdi.
Çinə qarşı yürüş keçirərkən məğlub olmuş və 603-cü ildə böyük ehtimal öldürüldü.
Ailəsi
Bağatur xaqan adını alacaq Külüg Sibir və Tulu Tegin adında oğulları vardı. Tulu Tegin Şekuy xaqan və Tonq Yabqu xaqanın atasıdır.
İstinadlar
- Gümilev: Eski Türkler,(Çev.:Ahsen Batur), Selenge Yayınları, İstanbul, 2002, ISBN 975-7856-39-8 , s.141
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.