Tarako

Tarako[lower-alpha 1] (たらこ, 17 dekabr 1960[1], Ota[d], Qunma prefekturası, Yaponiya4 mart 2024[2][3][…])Yaponiya seyyusu, aktrisası və müğənnisi. 1990–2024-cü illər ərzində "Chibi Maruko-chan" anime serialının baş qəhrəmanı olan Momoko Sakura personajını səsləndirməsinə görə tanınır.

Tarako
yap. TARAKO
Doğum tarixi 17 dekabr 1960(1960-12-17)[1]
Doğum yeri
Vəfat tarixi 4 mart 2024(2024-03-04)[2][3][…] (63 yaşında)
Fəaliyyəti müğənni, seyyu, ssenarist, aktrisa, bəstəkar
Fəaliyyət illəri 1981–2024

Həyatı

17 dekabr 1960-cı ildə Yaponiyanın Qunma prefekturasında doğulmuşdur. Seyyu karyerasına 1981-ci ildə başlamışdır.[4] "Urusei Yatsura" onun seyyu kimi iştirak etdiyi ilk anime olmuşdur.[5]

1990-cı ildə yayımlanmağa başlayan "Chibi Maruko-chan" animesinin yaradıcısı Momoko Sakura tərəfindən baş qəhrəmanı səsləndirmək üçün seçilmişdir. Sakura onu seçməsinin səbəbi kimi səsinin onun səsinə oxşamasını göstərmişdir. Tarako 34 il boyunca Maruko-çanı səsləndirmişdir.[4]

Tarako "Hunter x Hunter", "Inuyasha" kimi anime seriallarında, "Nausicaä of the Valley of the Wind", "My Neighbor Totoro""Castle in the Sky" kimi anime filmlərində personajlar səsləndirmişdir.[5] 2016-cı ildə "Danganronpa" franşizinin talismanı olan Monokumanı səsləndirmək üçün seçilmişdir.[6] Ən son seyyu işi 2024-cü ildə buraxılmış "Dead Dead Demon's Dededede Destruction" anime filmi olmuşdur.[4] "Fushigi no Kuni no Alice""Katsugeki Shōjo Tantei Dan" kimi animelərin mahnılarını ifa etmişdir. Tarako "Waku Produce" adlı teatr qrupunun rəhbəri olmuşdur.[5] 2016-cı ildə sinerji kateqoriyası üzrə,[7] 2019-cu ildə isə ailə/uşaqlar kateqoriyası üzrə Seyyu Mükafatına layiq görülmüşdür.[8] 2017-ci ildə nəşr olunmağa başlayan "Heaven's Design Team" manqasının illüstratoru idi.[9]

2024-cü ilin əvvəllərində xəstəlikdən əziyyət çəkdiyi açıqlanmış, 4 mart 2024-cü ildə ölmüşdür.[10]

Filmoqrafiya

  • "Chibi Maruko-chan" (Momoko Sakura)
  • "Urusei Yatsuro" (bağça uşağı)
  • "Inuyasha" (Kirara)
  • "Danganronpa 3: The End of Hope's Peak High School" (Monokuma)
  • "Dead Dead Demon's Dededede Destruction" (Debekko)
  • "One Piece: Unlimited World R" (Pat)
  • "Hunter x Hunter"
  • "Magical Taruruto-kun" (Taruruto)
  • "Nausicaä of the Valley of the Wind"
  • "My Neighbor Totoro"
  • "Castle in the Sky"
  • "Fushigi no Kuni no Alice" (Alisa)
  • "Katsugeki Shōjo Tantei Dan"

Qeydlər

  1. Real adı ictimaiyyətə açıqlanmayıb.[4]

İstinadlar

  1. Tarako // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. 声優のTARAKOさん急死 63歳 「ちびまる子ちゃん」を35年 最近までアフレコ参加. (untranslated), 2024.
  3. 「まる子」声優のTARAKOさん死去、63歳…「いけずぅ」「わたしゃ疲れたよ」お茶の間に. Yomiuri Shimbun.
  4. "Tarako, Hunter x Hunter and Inuyasha Voice Actor, Dies at 63". CBR (ingiliscə). 9 mart 2024. İstifadə tarixi: 10 mart 2024.
  5. "Chibi Maruko-chan Anime's Lead Voice Actress TARAKO Dies at 63". Anime News Network (ingiliscə). 8 mart 2024. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2024.
  6. "TARAKO Replaces Nobuyo Oyama as Monokuma in Danganronpa Franchise". Anime News Network (ingiliscə). 18 aprel 2016. 2024-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2024.
  7. "Some of the 10th Annual Seiyū Awards Winners Announced". Anime News Network (ingiliscə). 16 fevral 2024. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2024.
  8. "Yuko Sanpei, Yūma Uchida Win 13th Annual Seiyū Awards". Anime News Network (ingilis). 9 mart 2019. 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2024.
  9. "Heaven's Design Team Anime's Teaser Unveils More Cast". Anime News Network (ingiliscə). 19 avqust 2020. 2020-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2024.
  10. "Tarako, voice of popular anime girl Chibi Maruko, dies at 63". The Japan Times (ingiliscə). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2024.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.