Taqbilaran
Taqbilaran - (ingilis dilində:Tagbilaran) — Filippinin Boxol əyalətinin inzibati mərkəzi. Boxol adasının cənub-qərb hisəsində, çox da böyük olmayan Panqlao adasının qarşısında yerləşir. Ümumi ərazisi 32,7 km².-dir. 13 km.-lik sahil xətlərini əhatə edir. Filippinin paytaxtı Maniladan 630 km, Sebu şəhərindən 72 km aralıda yerləşir.
Taqbilaran Boxol əyalətinin əsas ada "qapısıdır". Onu həmçinin "Dostluq şəhəri" də adlandırırlar. Taqbilaran şəhəri Filippinin 8 "arzular şəhəri"ndən biridir. (Qalan yeddisi - Samal, San-Fernando, La-Unon, Sebu, İloilo. Marikina, Naqa, Kalbayor, Suriqao şəhərləridir).
Tarixi
İspaniya müstəmləkəçiləri buraya gələnədək Taqbilaran şəhərinin yerində kiçik bir yaşayış məntəqəsi mövcud olmuşdu. Onun sakinləri Çin və Malayziya ilə ticarət əlaqələri saxlayırdılar. 1565-ci ildə İspaniyalı müstəmləkəçi və tədqiqatçı Leqaspi və yerli rəhbər Sikatuna dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladı. Şəhər kimi Taqbilaranın əsası 9 fevral 1742-ci ildə bu şəhər Baklayona şəhərindən ayrıldıqdan sonra qoyulmuşdur. Filippin-Amerika müharibəsi zamanı (1898) şəhər amerikalılar tərəfindən, İkinci Dünya müharibəsi zamanı isə yaponlar tərəfindən işğal edilmişdir. 1966-cı ildən isə Taqbilaran şəhəri xüsusi hökumət fərmanı ilə iri şəhərlər kateqoriyasına daxil edilmişdir.
Bu şəhərin həyatında ən mühüm hadisə "Qanlı ittifaq" adlanan hadisədir. Hadisənin mahiyyəti ondan ibarət idi ki, Migel Lopes de Leqaspi 4 gəmi ilə Kamiquan adasındakı Butuan əyalətinə gedərkən güclü musson yağışları onları ispanların Boxol adası sahillərində ləngiməsinə səbəb olur, burada onların yerli sakinlərlə görüşü baş verir. Burada kapitan Leqas və yerli rəhbər Sikatuna biləklərini kəsərək qanlarını əlavə etdikləri şərabı içirlər və beləliklə, onların arasında qardaşlıq və sülh haqqında ittifaq bağlanmış hesab olunur. Bu hadisə məşhur Filippin rəssamı Xuan Lunanın yaradıcılığında öz əksini tapmışdır. Sonralar Filippin prezidenti xüsusi dövlət mükafatını - "Sikatuna ordeni"ni təsis etmişdir.
Digər bir mühüm hadisə Ubuxane döyüşündə ada sakinlərinin inadlı müqaviməti nəticəsində yapon işğalçılarının əyalətdən qovulması oldu. Filippin ordusuna Fransisko Salasar və Visente Kubelo komandanlıq edirdi.
Nəqliyyat
Taqbilaran aeroportu üç xətt üzrə sərnişinlərə xidmət edir: Filppin və Sebu Pasifik xəttiləri üzrə gün ərzidə 3 reys, Manila xətti üzrə cün ərzində bir reys. Maniladan Taqbilarana uçuş müddəti 1 saatdır.
Taqbilaranın dəniz limanı qonşu Sebu adası ilə sıx əlaqəlidir. Gəmi ilə Sebuya səfər muddəti 1,5 saatdır. Adanın daxilində avtomobil xətləri də (avtobuslar, avtomobillər, taksilər) fəaliyyət göstərir.
Turizm
Əyalətin mərkəzi turizm səyahətlərinin təşkilikndə mühüm rol oynayır, buradan Boxol adasının müxtəlif yerlərinə səyahətlər təşkil olunur. Əyalətdə turistlərin ən çox ziyarət etdikləri yerlər tpaytaxtdakı və əyalətin digər yerlərindəki köhnə kilsələr, "Şokolad təpələri", əla vəziyyətdə olan çimərliklərdir. Burada kurortlar, mehmanxanalar və restoranlar da fəaliyyət göstərir.
Hər il iyul ayında Lopes de Leqaspinin və Datu Sikatunanın ittifaqı şərəfinə Sandunqo festivalı keçirilir.
Xarici keçid
- Официальный сайт Тагбиларана (ing.)