Tapan (Daşkəsən)
Tapan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.[2]
Tapan | |
---|---|
40°29′34″ şm. e. 45°53′10″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
Kəndi Rza Nəbi oğlu Tapan adlı şəxs saldığına görə belə adlanmışdır. Kəndin adı "qoyun saxlamaq üçün ətrafı qamışla, yaxud ağac şaxları ilə hasarlanmış üstü açıq yer, axıl" mənasındadır. Azərbaycan dilinin cənub-qərb dialekt və şivələrində "tapan" "qoyunları saxlamaq üçün qamışdan tikilmiş axıl" mənası daşıyır. Azərbaycanın müxtəlif ərazilərində "tapan" sözü ilə bağlı xeyli mikrotoponim (Qubadlı rayonunun Zilanlı və Yuxarı Mollu kəndləri yaxınlığında Tapan dərəsi, Cəbrayıl rayonunun Şahvəlli kəndində Tapan yeri, Laçın rayonunun Birinci Tığik kəndində Tapanlı dağı və s.) də qeydə alınmışdır. Gürcüstan Respublikasının Marneuli rayonununda da Tapan dərəsi mövcuddur.[3]
Tarixi
Kəndin digər yerli adı Arazbarıdır. Yerli məlumata görə, kənd XIX əsrdə Qazax mahalından gəlmiş Rza Nəbi oğlu Tapan adlı şəxs tərəfindən köhnə yurd yerində salınmışdır.
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, Qalaca dağının ətəyində yerləşir.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Tapan kənd klubu fəaliyyət göstərir.[6]
Təhsil
Kənddə Daşkəsən rayon Tapan kənd N. Məsimova adına ümumi orta məktəb fəaliyyət göstərir.[7]
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
- http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 44" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-31.
- Tapan (Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 232. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 87.
- ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-29.
- "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
Xarici keçidlər