Tank qatili

Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir.

Jagdpanzer IV Almaniya Tank Muzeyində (Deutsches Panzermuseum)

Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər. Bu texnikaların bu qədər məşhur olmasının əsas səbəbi tanklara nisbətən daha asan və ucuz başa gəlmələridir.

Üzərlərində zirehi olan tankdağıdanlar İkinci dünya müharibəsində istehsal edilməyə başlanmışdırlar. Ancaq müasir dövrdə daha zəif zirehə sahib, ancaq daha sürətli və uzun mənzilli antitank başlıqlı mərmilər daşıya bilən ATGM texnikaları istehsal edilməkdədir.

Qalereya

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.