Dağtərxunu
Dağtərxunu (lat. Tanacetum)[3] — mürəkkəbçiçəklilər Fəsiləsinə aid bitki cinsi.[4]
Dağtərxunu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Anthemideae Cins: Dağtərxunu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xüsusiyyətləri
Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu)alınır. Dağtərxunu qaramal üçün zəhərlidir. Bəzən Dağtərxunu cinsi xrizantema (payızgülü) cinsi ilə birləşdirilir.[5]
Növləri
Azərbaycanın dərman bitkiləri
- Minyarpaq dağtərxunu (lat. Tanacetum millefolium (L.) Tzvel. (=Chrysanthemum millefolium (L.) E.J. Nyarady)
- Adi dağtərxunu (lat. Tanacetum vulgare L. (=Chrysanthemum vulgare L.))
Digər növləri
Dağtərxunu cinsinin növləri
Təbabətdə
Adi dağtərxunu çiçəklərindən qurd əleyhinə vasitə kimi askaridoz və enterobiozda, eləcə də ödqovucu kimi qaraciyərin, öd kisəsinin və öd yollarının xəstəliklərində istifadə olunur.
Əks göstəriş
Hamiləlik.
İstifadə qaydası
10 q (1 x. q.) xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 1-2 xörək qaşığı daxilə qəbul edilir.
İstinadlar
- Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 366. doi:10.5962/BHL.TITLE.746
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 843.
- Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- Dağtərxunu// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 228.
- Dağtərxunu The Plant List saytında