Tamilla Seyidova
Tamilla Əbdürrəhman qızı Seyidova (29 fevral 1940) — rəssam, Azərbaycanın əməkdar rəssamı (2018), 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü.
Tamilla Seyidova | |
---|---|
Doğum yeri | |
Fəaliyyəti | rəssam |
Həyatı
1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1969-cu ildə Sankt-Peterburqda Rəssamlıq İnstitutunu bitirib.
«Bakının səhəri», «Şah İsmayıl Xətai» əsərləri Dövlət İncəsənət muzeyində saxlanılır. «Qarabağ şikəstəsi» 10 tablodan ibarət silsilə əsərlərin müəllifidir. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.[1]
İstinadlar
- President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.