Tamilla Rüstəmova

Tamilla Səid qızı Rüstəmova (1936, Bakı23 iyul 2020, Moskva) — Azərbaycanlı aktrisa və pianoçu.

Tamilla Rüstəmova
Tamilla Səid qızı Rüstəmova
Doğum tarixi 1936
Doğum yeri
Vəfat tarixi 23 iyul 2020(2020-07-23)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Səid Rüstəmov
Fəaliyyəti aktrisa, musiqiçi
IMDb ID3999725

Həyatı

Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür.[1] Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır.

2020-ci ildə Moskvada vəfat etmişdir[2]. Moskva şəhərində dəfn edilib.[3]

Filmoqrafiya

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.