Tamilla Abdullayeva
Tamilla (Tamella) İslam qızı Abdullayeva (10 dekabr 1943, Tovuz) — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007).
Tamilla Abdullayeva | |
---|---|
Digər adı | Tamella Abdullayeva |
Doğum tarixi | |
Doğum yeri | Tovuz, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | teatr aktrisası |
Fəaliyyət illəri | 1965-ci ildən |
Mükafatları |
Həyatı
Tamilla Abdullayeva 10 dekabr 1943-cü ildə Tovuzda anadan olmuşdur. Orta məktəbi Tovuz rayonunda oxumuş, 1961–1965-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almışdır.[1]
Tamilla Abdullayeva səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlamış, 1965–1967-ci illərdə bu teatrda aktrisa işləmişdir. 1967-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı uzun fasilədən sonra bərpa olunan zaman həmin teatrda fəaliyyət göstərməyə başlamışdır. 1988-ci ildə teatrın köçməsi ilə əlaqədar olaraq fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında davam edərək 1995-ci ilədək burada işləmiş, 1995–1999-cu illərdə isə "Bəşir" Miniatür Teatrında fəaliyyət göstərmişdir. 1999-cu ildə isə yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləməyə başlamışdır.[1][2]
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 noyabr 1978[3]
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 oktyabr 2007
- "Teatr Xadimi" qızıl medalı — 2007
İfa etdiyi əsas rollar
- Gültəkin, Sara, Yaqut ("Aydın", "Solğun çiçəklər", "Yaşar", Cəfər Cabbarlı)
- Qumru ("Şəhərin yay günləri", Anar)
- Abbi ("Qarağaclar altında məhəbbət", Yucin O'Nil)
- Günay ("Məni qınamayın", Hidayət)
- Larisa ("Cehizsiz qız", Aleksandr Ostrovski)
- Cahan ("Nənəm ərə gedir", Hüseyn Muxtarov)
- Firəngiz-Ceyniz ("Qızıl zəncir", Şamil Xurşud və Əşrəf Hacıyev)
- Gülsüm xanım ("İmzalar içində", Nəriman Həsənzadə)
- Həyat ("İkinci səs", Bəxtiyar Vahabzadə)
- Şərqiyyə ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov və Həsən Seyidbəyli)
- Nataşa Qolubeva ("Aləmlə üz-üzə", Gennadi Bokarev)
- Samirə ("Əks-səda", Nəbi Xəzri)
- Anjel və Ana ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev)
- Beatriçe ("İki ağanın bir nökəri", Karlo Qoldoni)
- Sevinc ("Sənsiz", Şıxəli Qurbanov)
- Rəxşəndə ("Kişilər", Altay Məmmədov)
- Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov)
- Tərlan xanım ("Yalan", Sabit Rəhman)
- Zalxa ("Toy", Sabit Rəhman)
- Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov)
- Qrafinya ("Sənətim cəmiyyət sinyorudur", Culio Okarnaççi və Renço Farabuzi)
- Natella ("Qısqanc ürəklər", Marat Haqverdiyev)
- Gülnaz, Telli ("O olmasın, bu olsun" və "Arşın mal alan", Üzeyir Hacıbəyov)
- Ulduz ("Ulduz", Sabit Rəhman, Süleyman Ələsgərov)
- Yelena ("Axırı xeyir olsun", Uilyam Şekspir)
İstinadlar
- Rəhimli, 2017. səh. 292–293
- AME, 2009. səh. 39–40
- Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 441. ISBN 5-8020-0852-0.
Ədəbiyyat
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN 978-9952-441-02-4.
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.