Tamaruqal
Tamaruqal və ya Pampa-del-Tamaruqal (isp. Раmра del Tamarugal) — Çilinin şimalında, Sahil Kordilyer ilə Qərb Kordilyeri arasında yerləşən yayla ərazisində yerləşir. Səhra 900—1200 metr okean səviyyəsindən yuxarıda yerləşir. Səhranın uzunluğu 450 km, eni 30–60 km, sahəsi 12 500 km² təşkil edir. İqlimi tropikdir. Atakamanın şimalında yerləşir və onun tərkibi hesab edilir. Səhranın adı Tamaruqo kolundan götürülmüşdür[1]. Plato ərazisində Раmра del Tamaruqal Milli Parkı yerləşir. 1903-cü ildə Tamaruqal yaylasında çəkisi 320 kq olan Meteorit (Tamaruqal) aşkarlanmışdır[2].
Tamaruqal | |
---|---|
isp. Раmра del Tamarugal | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 894 m |
Sahəsi | 12 500 km² |
Yerləşməsi | |
20°37′09″ c. e. 69°40′25″ q. u. | |
Yerləşdiyi yer | Cənubi Amerika |
Ölkə | Çili |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
- "Research being undertaken in the Atacama desert of Chile on the Tamarugo tree". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-09.
- Meteorit kolleksiyası: Tamarugal
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.