Taman yarımadası

Taman yarımadasıRusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir.

Taman yarımadası
Таманский полуостров
Ümumi məlumatlar
Sahəsi
  • 387 km²
Yerləşməsi
43°13′00″ şm. e. 37°05′00″ ş. u.
Akvatoriya Qara dəniz, Azov dənizi
Ölkə  Rusiya
Taman yarımadası xəritədə
Taman yarımadası
Taman yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi yerləşməsi

Taman yarımadası şimaldan Taman körfəzi (Azov dənizi), qərbdən Kerç boğazı, cənubdan Qara dəniz suları ilə yuyulur. Relyefi əsasən düzənlikdir, sahilləri körfəzlərlə parçalanmışdır. Üstəlik burada həm də çoxlu sayda palçıq vulkanlarına rast gəlmək olar. Antik dövrdə yarımada bir-birindən boğazlarla ayrılan adalar şəbəkəsindən ibarət olmuşdur. Yarımadanın relyefi, flora və faunasına Kuban deltası böyük təsir göstərir.

Tarixi

Yarımada ərazisində ilk insan izləri Alt paleolit dövrünə təsadüf edilir (2,1—1,8 mln il öncə)[1][2].

Kuban deltasının xəritəsi, 1870 il

Qədim dövrlərlə ərazi Skiflər tərəfindən məskunlaşılmışdır. Antik dövrdə bölgə Bosfor çarlığının ərazinə daxil idi. Burara yunanlar, sarmatlar və yahudilər yaşayırdı. Yarımadada qədim yunan Germonassa və Fafaqor koloniyaları yerləşirdi. IV əsrdə yarımada Hunların, bir müddət sonra Böyük Bolqar xanlığının, VII əsrin ortalarından isə xəzərlərin hakimiyyəti altına keçmişdir. 969-cu ildə Xəzər xaqanlığı Kiyev knyazlığı tərəfindən məğlub edildikdən sonra onların nəzarətinə keçir. Rusların burada təşkil etdikləri Tmutarakan knyazlığı XII əsrdə mövcudluğunu dayandırmışdır. Buraya artıq çərkəzlər və qismən abxazlar məskun olmuşdur. 1239-cu ildə yarımada ərazisində yerləşən yaşayış yerlərini monqollar darmadağın edirlər. Bundan sonra bölgə Genuyanın nəzarətinə keçmişdir. Onlar bölgəni 1483-cü ilə qədər idarə edə bilmişdilər. Bölgəni sonradan Krım xanlığı idarə edir. 1783-cü ildən idarəçilik Osmanlı imperiyasının nəzarətində olur. Rusiya-Türkiyə müharibəsi sonrası Rusiya imperiyasına birləşdirilir. II Yekaterina 1788-ci ildə zaparoje kazaklarının Kerç və ya Taman yarımadasına yerləşdirilməsi haqda fərman verir. 25 avqust 1792-ci ilə dənizdən kazaklar yarımadaya köç edirlər.

İqtisadiyyat

Taman yarımadası zəngin neft və təbii qaz ehtiyyatlarına malikdir. Burada hətta anapait mirealı çıxarılır ki, onu bəzən tamait adlandırırlar. Burada inşa mərhələsində olan Taman limanı Rusiyanın cənubunda ən böyük limanlarından biri olmalıdır.

Yarımada iqtisadiyyatının əsası üzümçülük və şərabçılıqdır. Burada müxtəlix növ və çeşiddə şərab hazırlanır. Son zamanlar turizm inkişaf etmişdir.

İstinadlar

  1. Щелинский В. Е. Кермек — стоянка начальной поры раннего палеолита в Южном Приазовье // Фундаментальные проблемы археологии, антропологии и этнографии Евразии: К 70-летию академика А. П. Деревянко. Отв. ред. В. И. Молодин, М. В. Шуньков. Новосибирск.
  2. "Древнейшие охотники и собиратели степной зоны Юга России. Комплексные исследования эоплейстоценовых стоянок Родники и Кермек на Таманском полуострове (Южное Приазовье)". 2022-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-30.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.